Qəhrəmanlar unudulmur!- Vasili Əliyev

MARAQLI
12:12 15.01.2012
1686
15 yanvar Milli Qəhrəman Vasili Əliyevin doğum günüdür. Vasili Əhməd oğlu Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. O, 1988-ci ildən polis nəfəri kimi döyüşlərdə fəal iştirak edib, Seytas, Novlu, Cibikli və digər kəndlər uğrunda sücaətlə vuruşub, Qafan rayonu Novruzlu kəndi yaxınlığındakı yüksəklikdə yerləşdirilən erməni toplarının məhv edilməsində xüsusi xidmət göstərib, 1992-ci il oktyabrın 20-də Topağac yüksəkliyi uğrunda döyüşdə dəstəsi ilə birlikdə mühasirəyə düşüb, sona qədər vuruşub, düşmənin xeyli canlı qüvvəsini məhv edib və qəhrəmanlıqla həlak olub. 1993-cü il mayın 11-də Milli Qəhrəman adına layiq görülüb. Qubadlı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Qubadlı rayonu Mədəniyyət evi və Diləli-Müskanlı orta məktəbi onun adını daşıyır. 
OXŞAR XƏBƏRLƏR