Qənirə Ataşova “yazışma görüntüləri”ndən danışdı: “Tamamilə saxtadır!”

SOSİAL
13:07 22.11.2024
174
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova barəsində ortaya çıxan "yazışma görüntüləri"nə reaksiya verib.

Jurnalist bu barədə feysbuk səhifəsində açıqlama yayaraq bildirib:

"Haqqımda paylaşılan "yazışma" görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların videoscreen paylaşmasını tələb edirəm. Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O screendə mənim izləyicilərim və paylaşımlarım niyə əks olunmayıb? Çünki diplomunuz kimi əməliniz də fakedir...

Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm. Çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım".

Xatırladaq ki, bir müddət öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz "Instagram" hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia etmişdi.

Şairə-tamada Nazilə Səfərli onun barəsində "cərrahların siyahısı sifarişlə hazırlanıb, bununla bağlı yazışmalar əlimizdədir" deyə iddialar səsləndirmişdi.

Onu da əlavə edək ki, Qənirə Ataşovanın "Instagram" səhifəsi çoxsaylı şikayət nəticəsində bağlanıb.

Nazilə Səfərli isə məsələ ilə bağlı paylaşımında "Mən saxta həkimləri müdafiə etməmişəm. Əsl həkimlərin saxtalarla eyni siyahıda olmasına etiraz etmişəm. Xaricdə oturub araşdırmamış pul gücünə vətənin yaxşısını qoyub yamanını danışan blogerə demək istəyirəm ki, bu, xainlikdir. Peşəkar belə etməz" cavabını verib.

///musavat.com

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA