Qənirə Paşayeva Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR

Qənirə Paşayeva Abulbəyli kəndində yüzlərlə seçici ilə görüşüb - FOTOLAR
Seçki2024
00:02 29.01.2020
3876
Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən biri olan Abulbəyli kəndini gəzib, yüzlərlə seçici ilə görüşüb və dəstəkləri üçün təşəkkürünü bildirib.

Qənirə Paşayeva ötən 14 illik deputat fəaliyyəti barədə danışaraq bu illər ərzində seçicilərinin ona olan etimadını doğrultmaq üçün çalışdığını bildirib. Qənirə Paşayeva bildirib ki, Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq, seçicilərin bundan sonra da hər zaman səsi olacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur. Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük işləri, ölkəmizin inkişafını hər bir Azərbaycan vətəndaşının, o cümlədən tovuzluların öz həyatlarında hiss etdiklərini də xüsusi vurğulayıb. Son illər ərzində məhz bu dəstək nəticəsində Tovuzda həyata keçirilən böyük layihələrə toxunan Qənirə Paşayeva bildirib ki, həllini gözləyən problemlərin tezliklə öz həllini tapması, ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik.

Biz xalqın xidmətçiləriyik deyən Q.Paşayeva xalqına xidmət göstərməkdən gözəl nə ola bilər ki deyərək bu günə qədər olduğu kimi bundan sonra da hər zaman məhz bu düşüncə ilə seçicilərinə diqqət göstərəcəyini deyib:"Tovuz mənim dünyaya göz açdığım yerdir, mənim üçün çox əzizdir. Mən hər zaman Tovuzun və əziz seçicilərimin qarşılaşdığı problemi, üzləşdiyi çətinliyi öz şəxsi məsələmdən ayrı bilməmişəm. Tovuzda heç bir qurum deyə bilməz ki, Qənirə Paşayeva özü və ya ailə üzvləri bu 14 ildə Tovuzda 1 sot da olsa torpaq alıblar, özlərinə biznes qurublar, şəxsi xahişlər ediblər. Mənim bütün xahişlərim yalnız sizinlə bağlı olub. Siz məni 14 il əvvəl ailənizin bir üzvü kimi sahibləndiniz və mən də sizə söz verdim ki, bu səmimiyyət və etimadınıza hər zaman layiq olmaq üçün çalışacam. Bütün fəaliyyətim boyunca bu sözü heç unutmadım."

Hər bir seçicinin 9 fevral seçkilərində fəal olmasının və seçkilərdə iştirakının vacibliyini vurğulayan Q.Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib. Seçicilər Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər və sizə dəstəyimiz davam edəcək və inanırıq ki, bundan sonra da bu günə qədər olduğunuz kimi bizi və dövlətimizi layiqincə təmsil etməyə çalışacaqsınız deyiblər. Qənirə Paşayeva ona "biz öz millət vəkilimiz kimi sizi neçə il əvvəl seçmişik və 9 fevralda da gedib sizə öz dəstəyimizi bir daha göstərəcəyik və inanırıq ki, siz bundan sonra bizim səsimiz olmaqda davam edəcəksiniz”- deyən sakinlərin hər birinə təşəkkür edib.

Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər aparıb. Qənirə Paşayeva həmçinin Abulbəylidə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanınızdayıq deyib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
19:30 04.08.2026
Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi