Qənirə Paşayeva AŞPA-da Avropa ölkələrinin yanlış siyasətini tənqid etdi

Qənirə Paşayeva AŞPA-da Avropa ölkələrinin yanlış siyasətini tənqid etdi
SOSİAL
14:04 10.10.2018
3244
 Qənirə Paşayeva AŞPA-da Avropa ölkələrinin yanlış siyasətini tənqid etdi
 
Bu gün AŞPA-da "Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi,” "Avropada miqrantların və diaspor icmalarının radikallaşması" mövzularında keçirilən birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva AŞPA-nın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adından çıxış edib və Avropada İslamafobiyanın artmasında əsas səbəb kimi Avropa ölkələrinin müsəlmanlala, qaçqın və köçkünlərlə bağlı yanlış siyasətinigöstərir və sərt tənqid edib:
 
”Hörmətli həmkarlar, mən hər iki məruzəçiyə Avropada müsəlman icmaları üçün böyük maraq kəsb edən bu hesabatları hazırladıqlarına görə təşəkkürümü bildirirəm. Bu səbəbdən mən Avropada müsəlman icmalarının və miqrantlarının üzləşdiyi çox mühüm ümumi problemlərindən danışmaq istərdim. İlk növbədə bildirmək istərdim ki, miqrantların və qaçqınların radikallaşmasının Avropa üçün həmin adamların keçdiyi humanitar faciədən daha çox prioritet kəsb etməsi təəssüf doğurur.
 
Türkiyə milyonlarla qaçqın və miqrantları qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta müəyyən qəti tədbirlər görməsi narahatlıq doğurur. Sülh və əmin-amanlıq tapmaq ümidilə Avropaya gedən yolda bir çox çağırışlarla üzləşən miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşır və Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. Bu kontekstdə mən üzv-dövlətləri miqranların və xüsusilə qaçqınların qeyri-insani şərtlərini yaxşılaşdırmaq məqsədilə mümkün qədər tez effektiv və humanitar tədbirləri tapmağa çağırıram. Miqrantlatın radikal inanclara meylli kimi təsvir edilməsi onların məskunlaşdığı ölkələrdə radikallaşmağa gətirib çıxaracaq. Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərinə olan mənfi yanaşmadır.
 
Avropada müsəlmanların və miqrantların kimliklərinin saxlanması hər hansı bir problemə səbəb olmur, lakin onların vahid kimlik seçməyə məcbur edilməsi ciddi narahatçılıq doğurur. Bu vəziyyətradikallaşmanı bəsləyən səbəb yaradır. Avropada İŞID kimi terror təşkilarlarında təhsilli gənc adamların yüksək iştirak dərəcəsi aydın şəkildə onu göstərir ki, problemin kökündə Avropa ölkələrinin yürütdüyü səhv siyasətdir. Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Hesab edirəm ki, miqrantların bu axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələl gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticələr verməyəcək.
 
Üzv-dövlətlərin düzgün inteqrasiya siyasətinə və immiqrasiyaya düzgün yanaşması miqrantların radikallaşmasının qarşısını almaq üçün effektiv həllin mühüm tərkib hissəsidir. Bu səbəbdən Avropada yaşayan miqrant icmaların və müsəlman icmalarının ehtiyaclarının və ideyalarının nəzərdən keçirilməsi və qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı