Qənirə Paşayeva bu şəxslərin pensiya yaşının 15 il azaldılmasını təklif etdi - VİDEO

Qənirə Paşayeva bu şəxslərin pensiya yaşının 15 il azaldılmasını təklif etdi - VİDEO
SOSİAL
16:54 09.05.2022
3379
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bir sıra vacib məqamlara toxunub, komitəyə ünvanlanmış önəmli müraciətləri və təklifləri səsləndirib.
 
AZXEBER.COM xəbər verir ki, millət vəkili öncə, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və bir sıra qurumların, tanınmış Xalq artistlərinin müraciətlərini səsləndirib:

"Onlar çox xahiş edirlər ki, ikinci oxunuşda olan bu qanun layihəsində sözügedən məsələlər diqqətdə olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini hörmətli Anar müəllim də buradadır. Çox xahiş edirəm, bu məsələyə çox diqqət edilsin. Çünki bu Azərbaycanda rəqs mədəniyyətinin inkişafı üçün çox önəmlidir və 200-dən çox insanı əhatə edir. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə görə incəsənətin xüsusi sahələrində çalışan sığorta olunanların – kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışdıqda, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin 10 ilini həmin işlərdə çalışdıqda yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Lakin təcrübə göstərir ki, sözügedən qanunda göstərilən yaş hədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və vəzifələrin göstəricilərinin siyahısına əsasın müəyyən edilmiş incəsənətin xüsusi sahəsində çalışan balet və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin bu güzəştlərdən  tam şəkildə yararlanmasını çətinləşdirir. Belə ki, balet artistləri və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistləri erkən yaşlarında – 18, 20 yaşlarında işləməyə başlayır və 20-25 il sonra əmək fəaliyyətləri ağır olduğundan və dəfələrlə zədə aldıqlarından əmək qabiliyyətləri məhdudlaşır. Digər tərəfdən, çevikliyin azalması, səhnə görüşünün uyğunsuzluğu səbəbindən o yaşdan sonra onların öz sənətlərini davam etdirmələri çətinləşir. Peşəsindən uzaqlaşmalı olan artistlər əmək pensiyası almaq üçün 15-20 il gözləməli olur və bu müddətdə onların əksəriyyəti işsiz qalır".

Q.Paşayeva bildirib ki, Mədəniyyət Naziriyinin tabeliyində olan konsert müəssisələrində 200-dən artıq peşəkar kollektivdə rəqs nömrələrinin ifaçı artistləri çalışır:

"Onlar tərəfindən mütəmadi olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddəsində əks olunan yaş həddinin onlar üçün yüksək olması ilə bağlı müraciətlər edilir və bu müraciətləri edənlər sırasında kifayət qədər Azərbaycan rəqs mədəniyyətinə böyük töhfələr vermiş şəxslər də var. Onlar müəyyən yaşdan sonra iş də tapa bilmir və çətin duruma düşürlər. Onlar qanun layihəsində müəyyən dəyişiklik və təkliflər edilməsini zəruri hesab edir. Cənab Prezidentimizin, dövlətimizin və parlamentimizin hər zaman incəsənət xadimlərinə olan həssas münasibətini də nəzərə alaraq, müvafiq maddədə - güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər maddəsinin 9.1 maddəsində axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin mötərizə içərisində balet artistləri və peşəkar kollektivlərdə rəqs nömrələrinin ifaçı artistləri istisna olmaqla ifadəsinin əksini tapmasını istəyirlər.
Eyni zamanda, 9.1 maddəyə əlavə təklif olunur. Həmin təklifdə 9.1-1 - "axırıncı iş yerindən asılı olmayaraq balet artistləri və peşəkar bədii kollektivlərdə rəqs nömrələrinin ifaçı artistlərinin (müvafiq işlərdə ən az 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların) bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır” maddəsinin əlavəsi qeyd olunur.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu