BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Qənirə Paşayeva: “Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir”

Qənirə Paşayeva: “Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir”
SOSİAL
17:56 16.09.2019
3901
Türkiyənin Gəncədəki konsulluğunda  Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönünü münasibətilə tədbir keçirilib. 

AZXEBER.COM xəbər verir ki, tədbir iki qardaş dövlətin himnlərinin səslənməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla anması ilə başladı. 

Tədbiri açan Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk bu günün tarixi önəmindən danışaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və o tarixi hadisənin tariximzdə yeri və rolu barədə geniş danışdı,  bu cür tədbirləri keçirməkdə məqsədimiz gənc nəsillərimizin tarixi daha dərindən bilməsi və şəhidlərimiz qarşısında bir vəfa borcunu, örnəyini nümayiş etdirməkdir dedi. Tədbirdə çıxış edən millət vəkili Pərvin Kərimzadə  və Gəncə şəhər icra başçının müavini Vəfa Abbasova çıxış edərək 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən danışdı.

Milli Məclisin deputatı, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirdi ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O deyib:

"Bakının işğaldan azad edilməsi böyük tarixi hadisədir. Bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb. Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib. Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir”.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin "Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərinin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində daha da yüskək səviyyəyə çatmaqdadır dedi. 

Millət vəkili Q.Paşayeva  gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb. 

Q.Paşayevanın dəvətilə Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönünü münasibətilə tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş "Türkiyə” qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, "Ötükən” nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık, araşdırmaçı Neslihan Kabaklı  çıxış edərək Türkiyə-Azərbaycan qardaşlığından, tarixin bütün dövrlərində qan qardaşlarının bir-birinin yanında olduqlarından, ən çətin zamanlarda bir-birinə dayaq olduqlarından bəhs  etdilər. 

Sonra Nuru Paşanın başçılığı altında Qazqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsi və Bakının işğaldan azad edilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində  millət vəkilləri Qənirə Paşayeva, Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk və xanımı, konsulluğun əməkdaşları Nuru Paşanın başçılığı altında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsi və Bakının işğaldan azad edilməsi ilə bağlı tədbirdə iştirak üçün millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş qardaş Türkiyənin bir qrup aydın qadınları Meryem Aybike Sinan, Fatma Sönmez, Ayşəgül Büşra Çalık  və Neslihan Kabaklı Gəncədə "Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi”ni ziyarət ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncə şəhərində Cümhuriyyətin Nazirlər Kabinetinin fəaliyyət göstərdiyi binada açılan bu muzeydə AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkilləri də nümayiş olunan eksponatlar ilə tanış olublar. Daha sonra Cavad Xan türbəsi, Gəncə İmamzadə kompleksi, dahi Nizami Gəncəvinin məqbərəsi və Türkiyənin Gəncədəki konsulluğu ziyarət edilib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:54 29.03.2020

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

00:52 29.03.2020

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

00:51 29.03.2020

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

00:49 29.03.2020

Rüştü Rəcbər də koronavirusa yoluxdu

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO