Qənirə Paşayeva cəmiyyəti narahat edən məsələlərlə bağlı vacib təkliflərlə çıxış edib

Qənirə Paşayeva cəmiyyəti narahat edən məsələlərlə bağlı vacib təkliflərlə çıxış edib
SOSİAL
10:59 01.10.2019
2999
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında  Azərbaycan Respublikası MM-in payız sessiyasının inzibati işlər planı ilə bağlı müzakirələrində çıxış edərək təhsil kreditləri haqqında qanunun payız sessiyası zamanı müzakirəyə çıxarılaraq qəbul olunmasına çağırıb. Millət vəkili bildirib ki,  maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayı artır.  

AZXEBER.COM xəbər verir ki, o çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gəncin təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istədiyini deyən millət vəkili Q.Paşayeva öz imkanları hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduqlarını dedi: "Təhsil haqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələrin övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılsın”.  Millət vəkili Q.Paşayeva eyni zamanda gələn ilin büdcəsinin müzakirələri zamanı ali təhsil məktəblərinin yataqxanalarının sayının artmasına, tikintisinə xüsusi diqqət yetirməyin və vəsait ayırmağın və qısa zamanda daha çox yataqxanaların tikintisinə vəsait ayırmağın vacibliyini vurğulayıb. 

Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban  xanım Əliyevanın hər zaman fiziki və sağlamlıq imkanları məhdud şəxslərə, əlillərə yüksək diqqət və qayğı ilə yanaşdıqlarını, bunun bariz nümunələrindən olan I və II qrup əlillərin ali təhsil haqqından azad edilməsi haqqında  Prezidentin imzaladığı Sərəncamı xüsusi olaraq qeyd edərək, cənab Prezidentə və 1-ci vitse-prezident Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirdi. Millət vəkili bildirdi ki, oxumaq arzusunda olan III qrup əlillər də müraciət edərək onların da təhsil haqqından azad edilməsini xahiş edirlər və III qrup əlillərin təhsil haqqından azad edilməsi məsələsinin yaxın zamanlarda öz həllinin tapması üçün müvafiq qurumlara və MM-ə çağırış edib. Millət vəkili Q.Paşayeva III qrup əlillərin daha çox ali təhsil almasına meylliyin artması istiqamətində bu addımın ciddi stimullaşdırıcı, xüsusi rol oynaya biləcəyini deyib.

Millət vəkili Q.Paşayeva 18 yaşına çatmamış uşaqlara energetik içkilərinin satışının qadağan edilməsi təklifi ilə bir daha çıxış edib. Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun  uşaqlarda və gənclərdə bu içkilərə aludəçiliyin artmasına əsas səbəblərdən biri olduğunu deyən millət vəkili Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasına çağırıb. Eyni zamanda energetik içkilərin televiziyalarda, KİV-də reklamının uşaqlarda və gənclərdə onlara aludəçiliyə gətirib çıxaran əsas amillərdən biri olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bununla bağlı həmkarı Musa Quliyevin "Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsinin vacibliyi ilə bağlı təklifini dəstəklədiyini deyib və bununla bağlı zəruri addımların görülməsinə çağırıb.

Millət vəkili Qənirə Paşayeva "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisdə payız sessiyasının gündəliyinə salınmasını yüksək qiymətləndirib və deyib ki, mütləq bu sessiya çərçivəsində bu qanunun qəbul edilməsinə ehtiyac var və onun müzakirəsi və qəbulunun gələn sessiyalara qalmaması, məhz bu sessiyada qəbul olunmasını minlərlə ailə gözləyir: "Bu qanun layihəsinin  qəbuluna ciddi ehtiyac var. Çünki bu qanun layihəsinin qəbulunu illərdir gözləyən insanlarımız, ailələrimiz var. Uzun illər övlad həsrəti ilə yaşayan insanlarımız bu sənədin qəbulunu səbrsizliklə gözləyirlər. Çox xahiş edirəm ki, artıq bu yöndə qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin, insanların intizarına son qoyulsun. Bu baxımdan, "Reproduktiv sağlamlıq haqqında” Qanunun payız sessiyasında qəbulu çox vacibdir .”

Millət vəkili Q.Paşayeva eyni zamanda Azərbaycanın işğal olunmuş torpaqları ilə əlaqədar xüsusi qanunun hazırlanmasının vacibliyini qeyd edib və bildirib ki, bu qanunun parlamentdə qəbul olunmasına ehtiyac var və bu, qanunun qəbulu bu sahədə xoşagəlməz halların qarşısının alınmasında önəmli addımlardan biri ola bilər. 

Millət vəkili Q.Paşayevanın MM-in iclasında çıxış videosunu bu linkdən izləyə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub