"Biz əməkhaqqımızın böyük bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna bağışlasaq, bu, cəmiyyətdə imkanı olan insanlara çağırış olar”
AZXEBER.COM-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.
O bildirib ki, indi dövlətimiz, ordumuz güclüdür:
"Ancaq bizim indiki dəstəyimiz çox önəmlidir. Eyni zamanda qanvermə aksiyalarında iştirak çox vacibdir”.