Qənirə Paşayeva gəncləri sosial şəbəkələrdə erməni yalanlarına qarşı mübarizədə daha aktiv olmağa çağırdı

Qənirə Paşayeva gəncləri sosial şəbəkələrdə erməni yalanlarına qarşı mübarizədə daha aktiv olmağa çağırdı
SİYASƏT
11:35 22.05.2013
1795

Millət vəkili Qənirə Paşayeva Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü forumunda gəncləri sosial şəbəkələrdə Qaradağ həqiqətlərinin daha geniş yayılması və erməni yalanlarına qarşı mübarizədə daha aktiv olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Odessa şəhərində keçirilən 3-cü forumunda “Xaricdə təmsilçilik. Alternativ yollar“ adlı paneldə çıxışı zamanı xaricdə təhsil alan gənclərimizin Azərbaycan haqqında həqiqətlərin, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun və düzgün məlumatların Ukrayna və eləcə də dünya ictimayyətinə çatdırılmasında böyük rol oynaya biləcəyini xüsusi vurğulayaraq onları bu istuqamətdə səylərini daha da artırmağa çağırıb.“ Qarabağ probleminin həlli, torpaqlarımızın Ermənistanın işğalından azad ediıməsi, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Azərbaycan gənclərinin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə Azərbaycan gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün Azərbaycan gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Virtual məkanın, sosial şəbəkələrin bu günkü dünyada rolu və gücü barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva gənclərimizin bu məkanın gücündən doğru istifadə etməsinin həm özləri həm də ölkəmiz və millətimiz üçün önəmini xüsusi vurğulayıb. Gənclərimizin əksəriyyəti sosial çəbəkələrdə keçirdikləri zamanın ən azı 30 faizini ölkəmiz, millətimizlə bağlı məsələlərə sərf etsə daha çox nəticələr əldə edə bilərik deyən millət vəkili Qənirə Paşayeva gənclərimizi təhsil aldıqları və ya yaşadıqları ölkələrin ictimai-siyasi, mədəni həyatında daha geniş təmsil olunmalarının vacibliyi barədə də danışıb. Panel zamanı millət vəkili Qənirə Paşayeva da olmaqla paneldə çıxış edən millət vəkilləri, ekspertlər gənclərin çoxlu sayda suallarını cavablandırıb və onlarla geniş fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
17:35 16.07.2025
"Sosial şəbəkələrdə yayılan dezinformasiya və saxta xəbərlərə qarşı birgə mübarizə aparmalıyıq"
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
17:29 16.07.2025
Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
Prezident bu fərmanlarda dəyişiklik etdi
17:26 16.07.2025
Prezident bu fərmanlarda dəyişiklik etdi
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
17:23 16.07.2025
"Rusiya Azərbaycanın müstəqil siyasət aparmasından narahatdır" - Deputat
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
17:17 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
17:15 16.07.2025
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
İqtisadçı:  "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
16:45 16.07.2025
İqtisadçı: "Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı gələcəkdə Avropa üçün alternativ qaz marşrutu yarada bilər"
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
16:42 16.07.2025
Bakıda dəhşətli hadisə: Klinika direktoru həyat yoldaşını güllələdi
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
16:37 16.07.2025
Qurbanqulu Berdiməhəmmədovun qızı Heydər Əliyev Mərkəzində olub
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
16:36 16.07.2025
Bakıda bəzi ticarət köşkləri sakinlərin hərəkətinə maneə yaradır - VİDEO
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
16:34 16.07.2025
Deputat: “Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyub”
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
16:19 16.07.2025
"Qadın idarəçi olan yerdə bərəkət olmaz" - Əməkdar artist
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
16:09 16.07.2025
Polis bu ərazilərə nəzarəti daha da gücləndirdi
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
16:07 16.07.2025
"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
16:03 16.07.2025
Yasamalda küçə ticarəti problemi bitmir - VİDEO
Beyləqanda evə basqın edib qadını öldürdülər
15:53 16.07.2025
Beyləqanda evə basqın edib qadını öldürdülər