Qənirə Paşayeva İkinci Qarabağ müharibəsinin ilk hərbçi xanım şəhidindən yazdı

Qənirə Paşayeva İkinci Qarabağ müharibəsinin ilk hərbçi xanım şəhidindən yazdı
SOSİAL
12:39 17.11.2020
714
İkinci Qarabağ müharibəsinin – başqa sözlə, Azərbaycan Böyük Vətən Müharibəsinin ilk hərbçi xanım şəhidi Arəstə Baxışovanın ailəsini ziyarət etdik.

Qarabağ müharibəsi...

Şəhid...

İlk hərbçi xanım Şəhid... 

Bu təyinlər hər biri özlüyündə bir mənəvi ünvandır; hər biri haqqında ayrı-ayrılıqda dastanlar yazmaq, kitablar bağlamaq olar. Arəstə Baxışova bu ünvanların hamısını öz həyat və fəaliyyətində birləşdirməyi bacardı. Üstəlik, o, Çernobıl facisənin qarşısının alınmasında iştirak etmiş veteran atanın övladıydı. Yetimlik görmüşdü o... Hərbçi olmaq arzu ilə böyümüşdü... Sonra özü valideyn olmuşdu... İki gül balası bizlərə əmanətdir artıq... Arəstə öz cavan ömrü ilə ömür-ömür xatırlanacaq... İkinci Qarabağ müharibəsinin ilk hərbçi qadın şəhidi! – Bu şərəfli titulun sahibini unutmaqmı olar?..
Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olub. Əsl hərbçi, əsl şəfqət bacısı, qadın qüdsiyyəti, Azərbaycan xanımı xeyirxahlığı ilə onun özü şəhadət şərbəti içib... "Yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən!..” – vəzifənin müqəddəsliyi bu olsa gərək! Ömrün naxışı, bəzəyi bu olsa gərək...

Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirdi. Onsuz da könlümüzdə taxt qurmuş, ruhuna əbədi ehtiramımız olan uca könüllü Arəstə bu könüllülüyü ilə daha yeni ucalıq mərtəbəsi qazandı...
Anası danışır:

"Dedi ki, "Ana, mən müharibəyə getmək istəyirəm, uşaqlar sənə əmanət. Hərənin bir qisməti var, əgər Vətən uğrunda şəhid olacağamsa, bu mənim başımın ucalığı olacaq”...
O, ölümdən qorxan qız deyildi”.

Xanım şəhidimizin 10 yaşlı qızı Zəhra anası ilə qürur duyduğunu deyir. Danışanda ürəyinin özündən böyük olduğunu hiss etdim. Mənə elə gəldi, o da, qardaşı da analarının şəhid olduğunu bildikdən sonra birə beş böyüyüblər... – yaşlarından irəli danışırdılar sanki:

"Anam mənimlə fəxr edirdi, mən də indi anamla fəxr edirəm; fəxr edirəm ki, Vətən uğrunda şəhid olub”...
Arəstə xanımın 11 yaşlı oğlu Mərdan isə əziz anası ilə son telefon danışıqlarını xatırlatdı:

"Hər dəfə zəng edərdi, soruşardı. Bir gün ard-arda zəng etdim, cavab vermədi. Xeyli sonra telefonu açdı, səsi bir təhər gəlirdi. Düşündüm ki bəlkə xəstələnmiş olar – dedi, yox, yaxşıyam, problem yoxdur. Sonra dedi, bacına yaxşı bax; nənənin sözündən çıxmayın, dərslərinizi vaxtlı-vaxtında oxuyun”.
Artıq Zəhra və Mərdan bizlərə əmanətdir, onlar yalnız mənsub olduqları ailənin övladları sayılmır artıq... Çünki anaları bir evdən çıxdı, bir elin qızı, bir ulusun qəhrəmanı oldu. Qəhrəmanlıq, fədakarlıq isə unudulmur. Məşhur kəlamda deyildiyi kimi: "Heç nə unudulmur, heç kim yaddan çıxmır”!
Çox əminəm ki, əziz Arəstə bacımızın ruhu indi şaddır. Şaddır çünki Şuşanı azad etdiyimizi bilir, müharibədə zəfər çaldığımızı bilir. Bilir ki, bu millət, bu dövlət öz şəhidini həmişə əziz tutacaq! Şəhid ailəsi baş tacımız olacaq!
Şəhid Arəstə Baxışova! 

Bilirsizmi Arəstə adı nə anlama gəlir? – Görün nə təvafüqdür ki, şəhidimizin adı taleyi ilə üst-üstə düşür: "Bəzənmiş, bəzəkli, yaxud nizam və qaydası yerində olan”... Şəhid adından gözəl ad, bundan gözəl Tanrı bəzəyi, İlahi naxış varmı? Bir hərbçi üçün nizam və qaydası yerində olmaq da "olmazsa olmaz”lardandır... Arəstə Baxışova sanki öz gözəl aqibətinə, öz əbədiyyət yolçuluğuna baxış içində olub ömrü boyu...
Ruhun şad olsun, əziz bacım!

İlahi yolçuluğun mübarəkdir!

Salam-sayğılarla,

Qənirə PAŞAYEVA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır