Qənirə Paşayeva ilə Əlimərdanlı kəndinin sakinləri arasında möhtəşəm görüş - FOTOLAR

Seçki2020
23:25 24.01.2020
3633
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva ilə rayonun Əlimərdanlı kəndinin sakinləri arasında möhtəşəm görüş keçirilib.

Mən düz 14 il əvvəl seçki kompaniyası zamanı sizə vəd vermişdim ki, əgər mənə etimad göstərsəniz sizin fikirlərinizin, problem və təkliflərinizin Milli Məclisdə səslənməsi, müvafiq qurumlar qarşısında qaldırılması və həllini tapmasına kömək üçün əlimdən gələni edəcəyəm deyən Qənirə Paşayeva millət vəkili olduğu dövrdə öz vədinə sadiq olduğunu bildirib. Bu 14 ildə mən sizi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim deyən Qənirə Paşayeva bu illər ərzində görülən işlərlə bağlı geniş məlumat verib.

Deputatlığa namizəd vurğulayıb ki, 14 illik fəaliyyəti dövründə Əlimərdanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Qənirə Paşayeva 14 illik millət vəkili fəaliyyəti dövründə dünya miqyasında da dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. O, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nigahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması, əhalimizin sağlamlığının qorunması, fiziki imkanları məhdud insanlarımızın cəmiyyətə daha çox inteqrasiya edə bilməsi, gənclərimiz arasında yayılan zərərli vərdişlərə qarşı mübarizə istiqamətində çalışdığını, bu istiqamətdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak etdiyini də vurğulayıb və bildirib ki, seçiciləri yenidən ona etimad göstərsələr, gələcək fəaliyyətində də bu məsələlər və təbii ki, Tovuzu və onun dəyərli sakinlərini narahat edən problemlər onun üçün vacib mövzulardan olacaq. Əziz seçicilərim, həllini gözləyən problemlərimiz də var. 

Əgər yenidən mənə etmad göstərsəniz sizi bu günə qədər olduğu kimi bundan sonra da sizi layiq olduğunuz səviyyədə, ləyaqətlə təmsil etməyə və problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışacam deyən Qənirə Paşayeva bütün Əlimərdanlı seçicilərini fevralın 9-da keçiriləcək seçkilərdə aktiv iştirak etməyə çağırıb.   

Görüşdə çıxış edən  kənd sakinləri, ziyalılar millət vəkilinin bu illər ərzində fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. 

Görüşdən sonra millət vəkili bir sıra kənd sakinlərini tək-tək dinləyib, onları narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparan Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

Q.Paşayeva həmçinin bir sıra şəhid ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələrinə dərin təşəkkürünü bildirən Q.Paşayeva sizin bu dəstəyinizin mənim üçün mənəvi anlamda da çox böyükdür deyib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:42 30.09.2020

ABŞ-ın hərbi qüvvələri kosmosa yerləşdirmə planı var

13:37 30.09.2020

Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib - RƏSMİ

13:35 30.09.2020

Türkiyə Müdafiə Nazirliyi erməni vəhşiliklərini əks etdirən video paylaşıb

13:23 30.09.2020

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - RƏSMİ MÖVQE

13:17 30.09.2020

Çavuşoğlu: “Ermənistanda cəsarət haradandır?”

13:16 30.09.2020

"Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb” - Prezidentin köməkçisi

13:14 30.09.2020

“Panda” boyaları Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürdü

13:11 30.09.2020

Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən imtina etdi

13:10 30.09.2020

Tərtərdə daha bir mülki obyekt top atəşinə tutuldu - VİDEO

13:06 30.09.2020

Məhv edilən düşmən hərbi texnikalarının görüntüləri yayıldı - VİDEO

12:59 30.09.2020

“Çoxsaylı itkilərimiz var” - Ermənistan Müdafiə Nazirliyi

12:43 30.09.2020

Ermənilərin komanda məntəqəsinə atəş zərbəsi endirildi: Ölənlər və yaralananlar var - RƏSMİ

12:37 30.09.2020

Daha 7 şagirddə koronavirus aşkarlanıb

12:35 30.09.2020

Çavuşoğlu: “Ermənistanın Azərbaycana hücumlarına cavab verilməlidir”

12:29 30.09.2020

Tonaşendə erməni taboru mövqeləri qoyub qaçır - Rəsmi

12:28 30.09.2020

“Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” - VİDEO

X Mostbet