Qənirə Paşayeva Isveçrənin vitse prezidenti ilə görüşdü

Qənirə Paşayeva Isveçrənin vitse prezidenti ilə görüşdü
SOSİAL
15:14 26.07.2019
2484
Millət vəkili Qənirə Paşayeva Isveçrənin vitse prezidenti, təşkilat rəhbərləri və fəal qadınları ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb.

AZXEBER.COM xəbər verir ki, İsveçrənin vitse-prezidenti, Ətraf Mühit, Nəqliyyat və Enerji naziri Simonetta Sammaruga, İsveçrənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları ilə görüşməkdən məmunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan hökuməti və parlamentinin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Qənirə Paşayeva Azərbaycanın İsveçrə ilə əməkdaşlığa verdiyi önəmdən və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlıq və bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsi üçünböyük potensial olduğundan danışıb.
 
Deputat Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə həyata keçirilən önəmli layihə və islahatlar, əldə edilən uğurlar, Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə sahibliyi ilə  bağlı, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib.  İsveçrənin vitse-prezidenti, Ətraf Mühit, Nəqliyyat və Enerji naziri Simonetta Sammaruga, İsveçrənin tanınmış təşkilat rəhbərləri və fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandıqlarını vurğulayıb.
 
İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivləri olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.
 
Qənirə Paşayeva görüşlərin sonunda onlara Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ səfiri: İlin sonuna qədər Türkiyənin “F-35” proqramına qayıtması barədə razılaşma əldə oluna bilər
20:32 30.06.2025
ABŞ səfiri: İlin sonuna qədər Türkiyənin “F-35” proqramına qayıtması barədə razılaşma əldə oluna bilər
Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı "Baku Plaza"ya gəliblər - FOTOLAR
20:21 30.06.2025
Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı "Baku Plaza"ya gəliblər - FOTOLAR
Yeniyetmə əmisini şüşə ilə doğradı
20:18 30.06.2025
Yeniyetmə əmisini şüşə ilə doğradı
Aİ azərbaycanlılara qarşı zorakılıqdan narahatdır
20:14 30.06.2025
Aİ azərbaycanlılara qarşı zorakılıqdan narahatdır
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb
20:11 30.06.2025
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
20:07 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək
Danimarkalı qadınlar püşkatma ilə orduya çağırılacaqlar
19:56 30.06.2025
Danimarkalı qadınlar püşkatma ilə orduya çağırılacaqlar
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxsə hökm oxunub
19:33 30.06.2025
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxsə hökm oxunub
"Ermənistan və Aİ bu məsələləri müzakirə edir" - Mirzoyan
19:12 30.06.2025
"Ermənistan və Aİ bu məsələləri müzakirə edir" - Mirzoyan
İran Ukraynaya nota verib
18:48 30.06.2025
İran Ukraynaya nota verib
PKK-nın silahlarını təhvil verəcəyi tarix bəlli olub
18:30 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix bəlli olub
DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ
18:06 30.06.2025
DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ
"Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb"
18:05 30.06.2025
"Rusiyada digər millətlərə qarşı şovinizm, diskriminasiya siyasəti sistemli hal alıb"
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA
18:02 30.06.2025
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı - AÇIQLAMA
Bakıda saxlanılan "Sputnik" əməkdaşlarının adı məlum oldu
17:57 30.06.2025
Bakıda saxlanılan "Sputnik" əməkdaşlarının adı məlum oldu
Rusiyadan Azərbaycana gətirilən 639 kq soğan halqası məhv edildi
17:51 30.06.2025
Rusiyadan Azərbaycana gətirilən 639 kq soğan halqası məhv edildi