Qənirə Paşayeva jurnalistika fakültəsi tələbələri ilə görüşüb

Qənirə Paşayeva jurnalistika fakültəsi tələbələri ilə görüşüb
SOSİAL
17:54 13.11.2017
1124
Millət vəkili Q.Paşayeva jurnalistika fakültəsi tələbələri ilə görüşdə "maraq hissi ölüm hissini üstələyənlərin yeridir bu sənət" deyib. 
AZXEBER.COM xəbər verir ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dəvəti ilə gənc jurnalistlərlə görüşən millət vəkili Q.Paşayeva bu təşəbbüsün müəlliflərinə təşəkkürünü bildirib. Fakultənin dekanı Vüqar Zifəroğlu və müəlliməsi Aygün Əliyeva bu cür görüşlərin böyük əhəmiyyətindən danışıblar və millət vəkili Q.Paşayevaya dəvəti qəbul etdiyi üçün təşəkkür ediblər. "Jurnalist olmaq istəyən gənclərlə görüşü çox maraqlı və önəmli hesab edirəm",- deyən millət vəkili Q.Paşayeva ilk öncə gənclərdən onları jurnalistikaya gətirən səbəblərlə maraqlanıb. Özünün jurnalist fəaliyyəti ilə bağlı bir sıra təcrübələrini gənc jurnalistlərlə bölüşən millət vəkili Q.Paşayeva jurnalist olmaq istəyən şəxsdə maraq hissi o qədər güclü olmalıdır ki, müharibə bölgələrində çalışanda ölüm hissini, hər addımda yanınızda olan ölüm təhlükəsini belə unutdura bilsin deyib. "Jurnalistika bir sevdadır, yanğıdır, fədakarlıqdır",- deyən millət vəkili Q.Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb. 
Qənirə Paşayeva Vətən sevgisi örnəyi barədə danışaraq "hansı sahədə olursa-olsun öz işini ən yaxşı edən ən yaxşı vətənpərvərdir, çünki işindən vətənə ziyan yox, xeyir dəyir" deyib. "Vətənpərvərlik sözdə deyil, əməldə olur",- deyən millət vəkili Q.Paşayeva gəncləri gecə-gündüz yorulmadan oxumağa, öyrənməyə və yaxşı peşəkarlar kimi yetişməyə çağırıb. O, bildirib ki, hər zaman yaxşı jurnalistlərə cəmiyyətin ehtiyacı olacaq. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır",- deyən millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyasını yaxşı öyrənməyə çağırıb. "Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb və geniş fikir mübadiləsi olub. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva müəllifi olduğu kitabları tələbələrə imzalı hədiyyə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aytəkinin övladı bu universitetə qəbul oldu
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu