Qənirə Paşayeva Nəriman Həsənzadəni evində ziyarət etdi

Qənirə Paşayeva Nəriman Həsənzadəni evində ziyarət etdi
MƏDƏNİYYƏT
21:59 18.02.2021
879
Bugün Xalq şairi Nəriman Həsənzadənin 90 yaşı tamam olur. Dünən bu münasibətlə ustad şairi evində ziyarət edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, onu yubileyi münasibəti ilə təbrik edib, Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində "Qarabağ Azərbaycandır!" yazılı qol saatı  təqdim edərək, ürək sözlərini bölüşüb:

"Hörmətli Nəriman müəllim,

Sizi – görkəmli ziyalı, sevilən Xalq şairi və tanınmış alimimizi 90 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan təbrik edir, möhkəm can sağlığı arzulayıram!

Sizin şair, dramaturq şöhrətiniz geniş ictimaiyyətə, dünya azərbaycanlılarına, Qafqazlara, türk ölkələrinə, dünyadakı pərəstişkarlarınıza yaxşı məlumdur. Bununla yanaşı Siz, Millət vəkili (1990-1995), Mətbuat və İnformasiya nazirinin I müavini (1991-2001), filologiya, kulturologiya üzrə elmi əsərlərin müəllifi və Milli Aviasiya Akademiyasında kafedra müdiri olan alim-pedaqoq kimi də mötəbər özkeçmişə, ictimai-siyasi, elmi fəaliyyətə maliksiz.
Siz Heydər Əliyev Mükafatı, "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif olunmusuz.

Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Yubileyiniz mübarək”!

Xalq şairi səmimi sözlər və təbrik üçün Komitə sədrinə təşəkkür edib, ədəbi xatirələrini bölüşüb,  yaradıcılığındakı yeniliklərdən danışıb və yenicə gün üzü görmüş şeirlər kitabını bağışlayıb.

Qeyd edək ki, cənab Prezidentin dünən imzaladığı Sərəncamla Xalq şairi Nəriman Həsənzadə "İstiqlal” ordeninə layiq görülüb.
Ustad şairimizi  "İstiqlal” ordeni ilə təltif olunması və 90 illik yubileyi münasibəti ilə bir daha təbrik edir, möhkəm can sağlığı diləyirik!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
16:02 08.11.2026
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
Şuşadan ailə Fotosu
15:55 08.11.2026
Şuşadan ailə Fotosu
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
15:55 08.11.2026
Bakıda 33 yaşlı kişi bıçaqlanıb