Qənirə Paşayeva Ordu Universitetininin rektoru Haluk Kefelioğlu ilə görüşdü

Qənirə Paşayeva Ordu Universitetininin rektoru Haluk Kefelioğlu ilə görüşdü
SİYASƏT
10:37 20.05.2013
1639

Ordu Universiteti rektoru Haluk Kefelioğlu millət vəkili, dr. Qənirə Paşayevaya Universitetdə verdiyi “Bir millət iki dövlət:gələcək prespektivlər” konfransının gənclər üçün böyük əhəmiyyət daşıdığını deyib və ona təşəkkürnamə ilə plaket təqdim edib. O, millət vəkilinin çıxışını böyük maraqla dinlədiklərini vurğulayaraq bu konfransın tədbirdə iştirak edən yüzlərlə gənc üçün böyük önəm daşıdığını deyib.

Görüşdə Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğlu qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən rektor Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğlu rəhbərlik etdiyi Universitetdə azərbaycanlı tələbələrin təhsil aldığını və onların sayının daha da artmasında maraqlı olduğunu söylədi və rəhbərlik etdiyi universitetin Azərbaycanın ali təhsil məktəbləri ilə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Ordu Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildirib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini də qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğluna Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb. Millət vəkili, dr. Qənirə Paşayeva Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğluna və universitet kitabxanasına Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar təqdim edib.

Görüşün sonunda millət vəkili, dr. Qənirə Paşayeva Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğlunu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini bildirən Ordu Universitetinin rektoru prof. Haluk Kefelioğlu dəvəti məmnuniyyətlə qəbul edib, yaxın zamanlarda ölkəmizə səfər edəcəyini və bu səfərin rəhbərlik etdiyi Ordu Universiteti ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib.

Millət vəkili Qənirə Paşayeva Ordu Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə görüşüb, onlarla söhbət edib, yaxşı təhsil almalarının vacibliyini qeyd edib.

Ordu Universiteti rektoru Haluk Kefelioğlu millət vəkili, dr. Qənirə Paşayevaya Universitetdə verdiyi “Bir millət iki dövlət:gələcək prespektivlər” konfransının gənclər üçün böyük əhəmiyyət daşıdığını deyib və ona təşəkkürnamə ilə plaket təqdim edib. O, bu cür konfransların davamlı olmasının vacibliyini vurğuılayıb və millət vəkili Qənirə Paşayevanı yenidən universitetdə görməkdən şad olacaqlarını deyib. Millət vəkili Universiteti ziyarət çərçivəsində “ Bir millət, iki dövlət:gələcək prespektivlər” adlı, yüzlərlə müəllim və tələbənin iştirak etdiyi konfrans verib və universitetin müəllim heyəti və fəal tələbələrlə görüşüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
Tərtərdə məktəb binası yandı
23:03 09.05.2025
Tərtərdə məktəb binası yandı