Qənirə Paşayeva Ordu valisi ilə görüşdü

Qənirə Paşayeva Ordu valisi ilə görüşdü
10:56 08.04.2013
1035

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Ordu valisi Orhan Düzgün ilə görüşüb AZXEBER.COM-a daxil olan məlumata görə, ordu valisi Orhan Düzgünü Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirib. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edib və Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Ordu valisi Orhan Düzgünə Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Ordu valiliyinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Azərbaycanı çox sevdiyini deyən Ordu valisi Orhan Düzgün qardaş Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduğunu deyib. Ordu valisi Orhan Düzgün Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR