Qənirə Paşayeva Qızlar Seminariyasının qonağı oldu

Qənirə Paşayeva Qızlar Seminariyasının qonağı oldu
SOSİAL
13:19 28.08.2017
907

"Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə vətəndaş cəmiyyətində qızların iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin gənclər arasında təbliğ etdirilməsi məqsədilə həyata keçirilən "Qızlar Seminariyası" layihəsi çərçivəsində növbəti tədbir baş tutmuşdur.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, layihə iştirakçısı olan gənc xanımlar iştirak etmişlər.

Əvvəlcə Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə "Qızlar Seminariyası" layihəsi haqqında ümumi məlumat verdi. Sonra Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov millət vəkilini və tədbir iştirakçılarını salamlayaraq, onları Binəqədi Gənclər Evinin fəaliyyət istiqaməti, burada reallaşdırılan layihələr haqqında məlumatlandırdı.

Millət vəkili Qənirə Paşayeva gənc xanımlarla görüşdən böyük məmnunluq hissi keçirdiyini bildirərək, onlara tədbirin gedişatında aktiv olmağı tövsiyə etdi. Görüşün ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum gününə təsadüf etdiyini vurğulayan millət vəkili, Onun hər bir xanım üçün nümunə olduğunu bildirdi.

Qarşılıqlı fikir mübadiləsi formatında davam edən görüşdə millət vəkili yaradıcılıq və ictimai sahədə fəaliyyətindən ətraflı bəhs etdi.

OXŞAR XƏBƏRLƏR