Qənirə Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli və Cilovdarlı kəndlərində

Qənirə Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli və Cilovdarlı kəndlərində
SOSİAL
12:36 19.06.2017
1820
Millət vəkili Q.Paşayeva təbii fəlakətin zərər vurduğu Qədirli və Cilovdarlı kəndlərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Millət vəkili Q.Paşayeva güclü dolu və yağışın zərər vurduğu Tovuzun Qədirli və Cilovdarlı kəndlərini ziyarət edib, evlərə baş çəkib, sakinlərlə söhbət edib. Millət vəkili Q. Paşayevaya və Tovuz rayon icra hakimiyyəti rəsmilərinə güclü dolu nəticəsində evlərinin dam örtüyünün yararsız vəziyyətə düşməsini göstərən bir çox sakinlər bildiriblər ki, yağacaq adi bir yağış evlərin içərisini də ağır vəziyyətdə qoya bilər. Kənd təsərrüfatı məhsulları əkib-becərməklə dolandıqlarını deyən kənd sakinləri güclü dolunun əkinlərinə də böyük zərər vurduğunu deyərək ən azı evlərinin dam örtüyünün düzəlməsi istiqamətində dövlət qurumlarından dam örtüyü üçün şifer materiallarla dəstək göstərilməsini xahiş ediblər.
 
Bir sıra maddi imkanları ağır ailələrə baş çəkən millət vəkili Q.Paşayeva bildirib ki, məsələ ilə bağlı Tovuz rayon icra hakimiyyəti başçısı və millət vəkili olaraq o, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə vəziyyətlə bağlı məlumat veriblər və kömək göstərilməsini xahiş ediblər. Millət vəkili Q.Paşayeva sakinlərlə görüşündə evlərini təcili sığortalamağa çağırıb və bunun nə qədər vacib olması ilə bağlı onlara geniş bilgilər verib və müzakirələr aparıb. Q.Paşayeva Qədirli və Cilovdarlı kəndlərini ziyarət zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb. Müraciətlər arasında ünvanlı sosial yardıma ehtiyac olduğunu bildirənlər xüsusi yer tutub.
 
Q.Paşayeva sakinlərin qayğı və problemlərini dinləməklə yanaşı onların narahat edən məsələlər ətrafında qanunvericiliklə hansı haqlara malik olmalarını da izah edib. Q.Paşayeva son illlər cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə və Tovuzda görülən işlər barədə də məlumat verərək, imkanları artdıqca bir sıra digər problemlərin də öz həllini tapacağına inandığını bildirib. Millət vəkili eyni zamanda hər iki kənddə bir sıra şəhid ailələri, müharibə əlilləri, sağlamlıq imkanları məhdud şəxslərin ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb