Qənirə Paşayeva təsəvvüf araşdırmaçısı Camalnur Sarqut ilə birgə seminar keçirib

Qənirə Paşayeva təsəvvüf araşdırmaçısı Camalnur Sarqut ilə birgə seminar keçirib
SOSİAL
14:34 10.05.2019
3263
Millət vəkili Q.Paşayeva və Türkiyənin təsəvvüf araşdırmaçısı-yazar Camalnur Sarqut Azərbaycan İlahiyyat İnstitutunda "Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar verib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayeva və təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqutun təqdimatında "Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar təşkil olunub.

Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanıldığını, həmçinin dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlərin hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinivurğulayıb.

Rektor C.Məmmədov ali təhsil müəssisəsinin qarşısında duran əsas vəzifənin dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə və yüksək intellektə malik kadrların hazırlanmasına yönəldiyini bildirib. Güclü təhsillə yanaşı, elmi və mədəni inkişaf istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib.Mövzunun əhəmiyyətini qeyd edən İnstitut rəhbəri milli-mənəvi dəyərlərin gənclərin yüksək kamillik tərbiyəsindəki və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib.

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevaseminarda çıxış edərək bildirib ki, "Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusu öz aktuallığı ilə seçilir. Millət vəkili qeyd edib ki, hazırda cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təbliği ilbəil daha geniş vüsət almaqdadır.Bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri, mədəni irsi xalqımızın qürur mənbəyi kimi dünya sivilasiyasında sevilib-seçilir. Bu sahəyə dövlət tərəfindən xüsusi qayğı və diqqət var, bu isə qeyri-maddi-mədəni irsimizin gələcəyinə nikbin baxmağa ümid verir. 

Millət vəkili daha sonra qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən, beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçüntəsəvvüf və ümumən ilahiyyat mövzusu daim aktualdır. Vurğulayıb ki, "Azərbaycanda üçüncü dəfə səfərdə olan Camalnur Sarqut xanımın məqsədi dinimizin gözəlliyini gənclərə, insanlara çatdırmaqdır. Biz gəncliyimizə səslənirik ki, əsl İslamı öyrənsinlər. Bu gün çox ağrılıdır ki, din pərdəsi adı altında gənclərimizi radikalizmə sürükləyirlər”.

Seminarda "Ayətəl-kürsü”, "Yaradılış sirri”, "İnsani-kamilin həqiqəti”, "Eşqdəndinlə”, "Canıncanıdır”, "Hz. Adəm”, "Şəms”, "Ey insan”, "Peyğəmbərə sevdirilən qadın”, "Kəbənin həqiqəti” və digər kitabların, bir sıra əsərlərin müəllifi, təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqut Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, burada yaradıcılığına verilən qiymət onun üçün daha təsirli və yaddaqalandır.

"Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda çıxış edən C.Sarqut iman gətirən, yaxud iman gətirməyən hər bir insanın ruhunda mükəmməl insan axtarışı olduğunu qeyd edib. "İnsan öz həyatının memarı olmalıdır”, – deyən yazar təsəvvüf fəlsəfəsinədair fikirlərini bölüşüb. Gənclərin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Türk dünyasının birliyinin, birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır