Qənirə Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb - Foto

Qənirə Paşayeva Tovuzda yüksək balla ali məktəbə daxil olmuş tələbələrlə görüşüb - Foto
SOSİAL
15:20 07.09.2017
951

Tovuzda bu il yüksək balla ali məktəblərə qəbul olunmuş Tovuzlu tələbələrin ailəsini ziyarət edən və onlarla görüşən millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyən millət vəkili Qənirə Paşayeva ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib: "Ümumiyyətlə məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə yüksək balla daxil olanlar arasında qızların sayı oğlanlardan çoxdur. Məncə Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl bir örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir.

Biz qızlarımızın təhsilinə böyük önəm verməli, erkən nigahlarla ciddi mübarizə aparmalıyıq”. Yüksək balla ali məktəbə qəbul olunaraq tələbə adını qazanmış hər bir gənclə geniş fikir mübadiləsi aparan millət vəkili Q.Paşayeva onlara bəzi məsləhətlərini də verib.

Millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb. "Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var,” – deyə öz fikirlərini bildirdi. Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və hansı sahəyə üz tutmasından asılı olmayaraq gənclərmizi tariximizi daha dərindən öyrənməyə çağırıb. Millət vəkili gənclərə xarici dilləri yaxşı öyrənməyə də çağırıb və bu istiqamətdə müzakirələr aparılıb. Gənclərin təhsil alması istiqamətində qayğıları ilə də maraqlanan millət vəkili Q.Paşayeva "hər zaman sizin yanınızdayıq və inanırıq ki, yüksək səviyyəli peşəkarlar olaraq yetişəcəksiniz",- deyib. Millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərə hədiyyələr və kitablar təqdim edib və onlara bir daha uğurlar diləyib.

 











OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu