Qənirə Paşayeva: 'Tovuzlular ölkəmizin İlham Əliyevin uğurlu siyasəti ilə inkişaf etdiyini yaxşı bilir'

Qənirə Paşayeva:
SİYASƏT
10:00 29.09.2013
1805

Tovuz rayonundan Milli Məclisin deputatı seçilən Qənirə Paşayeva adıçəkilən rayonda seçicilərlə görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, seçicilər qarşısında çıxış edən millət vəkili Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfüzündan, ölkənin Cənubi Qafqazda ən güclü siyasi, iqtisadi və hərbi gücə malik olmasından, dünya dövlətləri arasında mövqeyinin getdikcə daha da güclənməsindən danışıb.

Q.Paşayeva bildirib ki, ölkəmizin daha da güclənməsində bunlar çox önəmli faktorlardır.

Azərbaycanın xarici siyasət uğurları ilə bərabər daxili siyasətdə də əldə etdiyi uğurlara toxunan millət vəkili Qənirə Paşayeva, son illərdə ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşması, yeni iş yerlərinin açılması, həyata keçirilən sosial proqramların artmasından danışıb və əldə olunan bütün bu nailiyyətlərin Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən 9 oktyabr - Prezident seçkiləri barədə ətraflı çıxış edərək Azərbaycan xalqının layiq olduğu firavan və xoşbəxt gələcək naminə seçiciləri Prezident seçkilərində aktiv iştiraka və ölkə prezidenti olmağa layiq olan namizəd üçün doğru seçim etməyə çağırıb.

“Prezident İlham Əliyev hər zaman Tovuz rayonuna böyük diqqət və qayğı ilə yanaşıb, dəfələrlə Tovuza səfərlər edib, sadə insanlarla görüşüb, rayon sakinlərini narahat edən məsələ və problemlərlə yerində maraqlanıb, rayon sakinlərinin və onları təmsil edən millət vəkillərinin rayonla bağlı xahiş və təkliflərini hər zaman nəzərə alıb və cəmi bir neçə il içərisində bir çox məsələlər həll olunub.

Rayonda son illər məhz cənab Prezidentin tapşırıqları ilə infrastruktur və sosial sahədə böyük layihələr həyata keçirilib, işlər görülüb”, deyə millət vəkili bildirib.

Qənirə Paşayeva deyib ki, o Tovuz seçicilərinin seçkilərdə fəal iştirak edəcəyinə və hər zaman olduğu kimi doğru seçim edəcəklərinə inanır.

“Tovuzlular dövlətçiliyin, inkişafın, sabitliyin yanında olduqlarını bir daha göstərəcəklər. Biz tovuzlular ölkəmizin Prezident cənab İlham Əliyevin uğurlu siyasəti ilə inkişaf etdiyini yaxşı bilir və görürük. Mən tovuzluların ölkəmiz, millətimiz, eləcə də Tovuzun gələcək inkişafı üçün məhz bu siyasəti dəstəkləyəcəyinə inanıram və hər birinizi seçkilərdə aktiv olmağa çağırıram!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb