Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR

Seçki2020
14:33 22.01.2020
3667
Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən biri olan Dönük Qırıqlı kəndində seçicilərlə görüşüb.

AZXEBER.COM xəbər verir ki, Qənirə Paşayeva 46 kənd sakinin istəyi ilə onlarla ayrı-ayrılıqda da görüşərək qayğılarını dinləyib. 

Kəndi addım-addım gəzərək sakinlərlə görüşən Qənirə Paşayeva ona təkrar etimad göstərəcəyini deyən Dönük Qırıqlı sakinlərinə təşəkkürünü bildirib:

"Düz 14 il əvvəl bu yola sizin xeyr-duanızla çıxdım. Sizə hər zaman söylədiyim kimi mənim üçün deputatlıq sizə, xalqımıza,dövlətimizə daha çox xidmət edə bilməkdir. Ötən 10 illik deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əgər təkrar etimad göstərsəniz, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam”.

Qənirə Paşayeva ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illər baş verən proseslərdən, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.

Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb və bu barədə sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib.

Tovuzun bir çox ciddi problemlərinin öz həllini tapdığını deyən Qənirə Paşayeva bildirib ki, dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də  hər kəs ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam ediləcəyini bildirib.

Dönük Qırıqlı seçiciləri çıxış edərək bildiriblər ki, namizədə etimadları tamdır, çünki o, 14 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb, onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Siz bizim millət vəkilimizsiniz, hər zaman bundan qürur duyduq və bundan sonra da yenə də sizin yanınızdayıq deyiblər. Kənd sakinləri onları narahat edən bəzi problemlər barədə də danışıblar və Q.Paşayevanın onların həlli istiqamətində öz dəstəyini əsirgəməyəcəyinə inandıqlarını deyiblər. Millət vəkili sakinlərin qaldırdığı məsələlərin hamısını diqqətlə dinləyərək müvafiq qurumlara müraciətlər edəcəyini deyib.

Qənirə Paşayeva Dönük Qırıqlıda 46 kənd sakinin istəyi ilə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirələr aparıb, onları narahat edən problemləri, qayğıları dinləyib və müvafiq qurumlara müraciət edərək həlli istiqamətində bir sıra tədbirlər görəcəyini deyib.

Qənirə Paşayeva, həmçinin, kənddə yaşayan bir sıra şəhid ailələri, müharibə veteranları və fiziki imkanları məhdud insanları evlərində ziyarət edib, qayğıları ilə maraqlanıb və hər zaman yanınızdayıq deyib.
 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:43 29.09.2020

“Haber Global”ın AzTV ilə ortaq yayımı - CANLI

23:40 29.09.2020

XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

23:22 29.09.2020

Qətər Əmiri İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə etdi

23:20 29.09.2020

Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu - ölən var

23:18 29.09.2020

Ermənistan ordusunun mövqeləri darmadağın edildi - Müdafiə Nazirliyi

23:09 29.09.2020

İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

23:04 29.09.2020

Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

23:02 29.09.2020

Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarıldı

22:51 29.09.2020

“Telegram”ın ən böyük rus və erməni kanalları da “Qarabağ Azərbaycandır” dedi - SORĞU

22:48 29.09.2020

XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

22:33 29.09.2020

İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı Rusiya telekanalında çıxış edib - TAM MƏTN

22:11 29.09.2020

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO

21:52 29.09.2020

Paşinyan Putinə zəng etdi

21:49 29.09.2020

Ceyhun Bayramov litvalı həmkarı ilə Qarabağı müzakirə etdi

21:47 29.09.2020

Ağdamda yaşayış evinə top mərmisi düşdü

21:38 29.09.2020

Neftin qiyməti kəskin azalır

X Mostbet