Qənirə Paşayeva Türkiyədə Qarabağdan danışdı

Qənirə Paşayeva Türkiyədə Qarabağdan danışdı
SOSİAL
15:25 05.12.2017
1021
Millət vəkili Q.Paşayeva Samsun valisi, Bafra Kaymakamı, QHT və KİV-lərlə görüşdə Qarabağdan danışıb və çağırış edib.

AZXEBER.COM xəbər verir ki, qardaş Türkiyədə səfərdə olan millət vəkili Q.Paşayeva Samsun valisi Osman Kaymak , Bafra Kaymakamı Ali Fuat Türkel, Türk Egitim-Sen başkanı, tanınmış QHT və KİV rəhbərləri ilə, gənclər və qadın təşkilatları görüşüb və televiziyalara geniş müsahibələr verib, mətbuat nümayəndələrinə Azərbaycanla bağlı geniş müsahibələr verib və sualları cavablandırıb. Samsun valisi Osman Kaymak və Bafra Kaymakamı Ali Fuat Türkel ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycanı, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətlərini, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali və kaymakam bu məsələyə Samsunda, Bafrada bundan sonra xüsusi diqqət göstəriləcəyini deyiblər. Q.Paşayeva tanınmış QHT və KİV rəhbərləri ilə görüş zamanı Azərbaycan ilə Türkiyənin QHT, KİV, gənclər və qadın təşkilatları arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər və müsahiblər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, KİV, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Bəzi Türkiyə vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan torpaqlarına səfərlər etməsi, separatçı rejimlə görüşməsi, Azərbaycan və Türkiyənin maraqları əlehinə açıqlaamalar verməsinə toxumam millət vəkili Q.Paşayeva bunu kəskin qınayıb və Türkiyə QHT və KİV-lərinin də buna etiraz səsini yüksəltməsinin vacibliyini xüsusi vurğulayıb. Bu kimi addımların iki qardaş ölkə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə yürütdüyü haqlı mübarizəsinə də öz mənfi təsirini göstərdiyini deyən millət vəkili Q.Paşayeva bu cür şəxslərə qarşı ciddi tədbirlər görülməlidir deyib. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT və KİV-lərindən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini də xüsusi vurğulayıb. Millət vəkili Q. Paşayeva Samsun, Bafranın QHT, KİV, fəal gənclər və qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana

məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva QHT, KİV, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün yeni çapdan çıxmış "Turan yolçusu” və "Aşk yolçusu” kitablarını hədiyyə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Murad Rusiyaya məxsus kanalların yayımının dayandırılması üçün çağırış etdi
23:58 01.07.2025
Murad Rusiyaya məxsus kanalların yayımının dayandırılması üçün çağırış etdi
Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib
23:48 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO