Qənirə Paşayeva Xaçmaz və Neftçalada Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət etdi

Qənirə Paşayeva Xaçmaz və Neftçalada Aprel döyüşlərinin şəhidlərinin ailələrini ziyarət etdi
SOSİAL
14:57 12.04.2018
4900
Q.Paşayeva və "Aprel 2016" Şəhid ailələrinə dəstək İB Xızı, Xaçmaz və Neftçalada Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər.

Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva, "Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı Xaçmaz , Xızı və Neftçalada Aprel döyüşlərinin qəhrəman şəhidlərinin ailələrini ziyarət ediblər. Xaçmazda qəhrəman şəhidlərimiz Elvin Mirzəyevin və Elvin Qayıbovun ailələrini, Xızıda qəhrəman şəhidimiz Ravil Novruzovun ailəsini, Nefçalada qəhrəman şəhidimiz Elimdar Səfərovun ailəsini ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz kimi, onların ana-ataları da bizim üçün çox qiymətlidir.
 
Millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Bu istiqamətdə fəal işlər görmək üçün yeni yaradılmış "Aprel 2016 Şəhid ailələrinə dəstək "İB təşkilatının da şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını da deyib. Millət vəkili Q.Paşayeva görüşlər zamanı bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.
 
Q. Paşayeva "o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi", - deyən millət vəkili Q.Paşayeva "hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz", - deyib. "Aprel 2016 Şəhid ailələrinə dəstək "İB həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, tanınmış jurnalist Aida Eyvazlı da yeni yaratdıqları təşkilatın da qəhrəman şəhidlərimizin gənclər arasında daha çox təbliğ olunmasına diqqət edəcəyini və şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər. Millət vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva, "Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər ediblər, qayğıları ilə maraqlanıblar və hər

zaman yanınızdayıq deyiblər. Onlar bildiriblər ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının borcudur.

Millət vəkili Q.Paşayevanın şəhid ailələrini ziyarət videosunun linkini burdan izləyə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
22:24 23.09.2025
Lənkəranda 10 nömrəli məktəb ilə bağlı məsələyə aydınlıq gətirilib
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
20:45 23.09.2025
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
20:41 23.09.2025
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
BMT tribunasından Qəzza MESAJI
20:37 23.09.2025
BMT tribunasından Qəzza MESAJI
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
20:28 23.09.2025
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor