Qənirə Paşayeva yeni dərs ili öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşdü

Qənirə Paşayeva yeni dərs ili öncəsi Tovuz kəndlərində müəllimlərlə görüşdü
SOSİAL
15:06 10.09.2018
3074

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonu kəndlərində Yeni Dərs İli bağlı məktəbləri ziyarət edib, məktəblərin direktorları və kollektivləri ilə görüşüb

AZXEBER.COM xəbər verir ki, məktəblərin qayğılarını dinləyib, direktorlarla, müəllimlərlə geniş fikir mübadiləsi aparan millət vəkili Qənirə Paşayeva bildirib ki, hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür.
 
Dövlət başçımız İlham Əliyevin və ölkəmizin 1-ci Vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan millət vəkili Qənirə Paşayeva ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər və bu istiqamətdə müəllimlərimizin də üzərinə böyük vəzifələr düşür deyib.
 
Qənirə Paşayeva qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir və gənclər arasında mütaliəyə meyilliyin artması üçün hamımız birlikdə daha çox çalışmalıyıq. Millət vəkili Qənirə Paşayeva məktəblərdə fəal gənclərlə də görüşüb, onlara hədiyyə və kitablar təqdim edib, qayğı və fikirləri ilə maraqalanıb. Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmamağa çağırıb.
 
Millət vəkili Qənirə Paşayeva məktəblərə kitablar da hədiyyə edib və kitab ən yaxşı dostdur deyərək gəncləri daha çox mütaliəyə çağırıb. Millət vəkili balacalara da xüsusi diqqət ayırıb.
 
Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu