Qənirə Paşayevadan Dövlət Baxçalı ilə bağlı xəbərə etiraz: 'Yazıqlar olsun!'

Qənirə Paşayevadan Dövlət Baxçalı ilə bağlı xəbərə etiraz:
SİYASƏT
15:42 18.06.2013
2214

“Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının yerinə başqa, yeni namizəd təklif etməyimlə bağlı bəzi KİV-lərdə yer alan fikirlər yanlış və cəfəng məlumatlardır. Birincisi mən Türkiyə vətəndaşı deyiləm, ikincisi Milliyyətçi Hərəkat Partiyasının üzvü deyiləm”. 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Qənirə Paşayeva onun barəsində yayılan məlumatlara şərh verərkən deyib. 

“Türkiyə vətəndaşı və Türkiyə Milliyyətçi Hərəkat Partiyasının üzvü olmadığım halda hansısa bir siyasi qurumda kiminsə rəhbərliyinin doğru olmamağı, onun yerinə başqasına gətirilməyi mənim işim deyil. Bu məlumat absurddur. Heç bir məsclisdə, ümumiyyətlə belə bir fikir işlətməmişəm və çıxış etməmişəm. Heç vaxt çıxış etmərəm də. Çünki siyasətin içərisində olan bir insanam və bunun siyasi cəhətdən nə qədər yanlış olduğunu bilirəm”.   Xanım deputat Dövlət Baxçalının hörmət etdiyi insanlardan biri olduğunu və onun haqqında heç vaxt mənfi ifadələr işlətmədiyini vurğulayıb. “Türkiyənin ən böyük partiyalarından birinin rəhbəridir və ona münasibətim çox normaldır. Bu absurd iddialardır. Əgər kimsə mənim adımla yalnış ifadələr gedib çatdırıbsa, o adam yalnış və böhtançı düşüncə tərzinə malik insandır. Heç inanmıram ki, Dövlət Baxçalı partiya lideri olaraq belə böhtana inansın. Söhbət təkcə Milliyyətçi Hərəkat Partiyasından getmir. Hansısa partiyaya kimin rəhbərlik edəcəyini o partiyanın üzvləri və dəstəkçiləri müəyyənləşdirir və bunu onlar söyləyə bilər”.  Son olaraq Dövlət Baxçalı ilə iyunun 9-da Möhsün Yazıçıoğlunun qızının toyunda görüşdüyünü deyən Qənirə Paşayeva ona bununla bağlı nə Dövlət Baxçalı, nə də partiyanın təmsilçiləri tərəfindən hər hansı irad bildirildiyini vurğulayıb.  “Bir toyda gəlinlə bəyin şahidləri idik, salamlaşdıq. Bununla bağlı nə Dövlət Baxçalı, nə də partiyanın təmsilçiləri tərəfindən fikir səsləndirilib. Bu yalan məlumatları ortaya atanlara  yazıqlar olsun”.   Qeyd edək ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının azərbaycanlı millət vəkilinə qəzəblənməsi barədə məlumatlar yayılıb. İddiaya görə, azərbaycanlı millət vəkili Türkiyədə bir məclisdə D.Baxçalının yerinə yeni bir namizəd təklif edib və yeni namizədin Azərbaycan tərəfindən dəstəklənməsinin təşkilini də öz boynuna götürüb. Həmin məclisdə iştirak edənlərdən biri isə bas verən söhbətləri olduğu kimi MHP sədrinə çatdırıb. Məhz buna görə həmin Azərbaycandan olan millət vəkilinin MHP-nin hər hansı bir tədbirinə dəvət olunması qadağan edilib. Azərbaycanda bəzi KİV-lər bu millət vəkilinin Qənirə Paşayeva olduğu iddia edib.   

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR