Qənirə Paşayevanın adına saxta profil açıldı: O mən deyiləm

Qənirə Paşayevanın adına saxta profil açıldı: O mən deyiləm
SOSİAL
17:58 15.02.2017
799
Sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayevanın adına saxta profil açılıb 
 
AZXEBER.COM xəbər verir ki, bu haqda açıqlama verən Qənirə Paşayeva onun adında "DW Azerbaycan”(dw_azeri) adlı tvitter səhifəsi saxta açıqlama yayaraq "Qənirə Paşayeva Türk xalqı, millətin gələcəyi üçün yox deməlidir" yazıb.
 
Bu insanların tək olmadığını və müxtəlif şəxslərin onun adından məlumatlar yaydığını qeyd edən millət vəkili paylaşımdan sonra dostlarının buna görə narahat olduğunu vurğulayıb: "Bu paylaşımdan sonra Türkiyədən olan dostlarımız da narahat olaraq, mənimlə əlaqə yaratdılar. Onlara da bu paylaşımın mənim deyil,saxta profil iştifadəçisinin yazdığını söylədim. Və bütün dostlarımdan bu profilə öz etirazını bildirməyə çağırıram. Son olaraq onu da qeyd edim ki, mən heç vaxt Türkiyənin daxili siyasəti haqda heç bir açıqlama verməmişəm və vermərəm də. Hər zaman Türkiyə-Azərbaycan münasibətinin möhkəmlənməsi üçün əlimdən gələni edəcəyəm".
OXŞAR XƏBƏRLƏR