Qənirə Paşayevanın təşəbbüsü ilə "Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi keçirildi

Qənirə Paşayevanın təşəbbüsü ilə "Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi keçirildi
SOSİAL
21:45 11.06.2019
4106

Tovuzda "Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib və 15 məktəbin şagirdləri idman geyimləri və ləvazimatları ilə təmin olunub

AZXEER.COM xəbər verir ki, Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın və Tovuz rayon icra hakimiyyətinin təşkilatçılığı və millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə "Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Tovuzda keçirilib.

Tədbirdə rayonun 15 məktəbindən 150 şagird iştirak etmişdir. İştirakçılara 60 ədəd top və 150 ədəd futbol forması təqdim olunmuşdur.

Tədbirin açılışında millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak ediblər. Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov açmışdır və çıxış edərək bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir demişdir, layihə və layihənin əhəmiyyəti haqqında məlumat vermişdir. Tədbirdə çıxış edən millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkili Sabir Hacıyev bildirmişlər ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir və bu kimi tədbirlərin, layihələrin keçirilməsinin əhamiyyətini vurğulamışlar.

Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva belə bir layihənin Tovuzda keçirilməsi üçün AFFA-ya təşəkkür edib və bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd etmişdir. Millət vəkili Q.Paşayeva bildirmişdir: "Zəngin ən­ənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər mə­ziyyətləri ilə həmişə seçilib. Mən sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın günlərdə məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab Prezidentə və AFFA-ya bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm. Eyni zamanda bu gün bu tədbirin həyata keçirilməsində əməyi keçənlərin hamısına təşəkkür edirəm." Millət vəkili Q.Paşayeva bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə kömək edəcəyinə inandığını deyib və mütəxəssisləri, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların axtarılması, onların üzərində daha çox çalışmağa, onların yaxşı oyunçu kimi yetişməsi istiqamətində daha çalışmağa çağırıb. Millət vəkili hamımız daha çox istedadlı uşaqların üzə çıxmasına, yaxşı peşəkar kimi yetişmələri üçün onlara daha çox dəstək olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva Tovuzda belə bir layihənin əhəmiyyətini bir daha vurğulayaraq milli futbolumuza öz töhfəsini verəcəyinə inandığını deyib.

Tədbirdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları paylanılıb. Tədbirdə uşaqlar əyləncəli futbol nümayiş etdiriblər. Tədbirin sonunda müxtəlif kəndlərdən gəlmiş uşaqlar, gənclər və onların idman müəllimləri və məşqçiləri ilə söhbət və fikir mübadiləsi aparılıb, onları maraqlandıran sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
21:19 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başa çatıb
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
21:10 24.09.2025
Baş nazir: "Bolqarıstan 2026-cı ildə Rusiya qazından imtina edəcək"
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
20:52 24.09.2025
“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
20:44 24.09.2025
"Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik" - Pezeşkian
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
20:40 24.09.2025
Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
20:26 24.09.2025
Sergey Lavrov və Marko Rubionun görüşü başlayıb
İmişlidə toyda zəhərlənənlərin son durumu
20:23 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin son durumu
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
20:18 24.09.2025
İlham Əliyev “Ares Management” - qlobal investisiya şirkətinin baş icraçı direktoru ilə görüşüb
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
20:09 24.09.2025
Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
19:57 24.09.2025
Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
19:53 24.09.2025
Əli Əsədov Ana Brnabiç ilə görüşüb
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər
19:53 24.09.2025
"Mançester Yunayted"in futbolçusu İspaniya nəhənginə keçə bilər