Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib.
Onun meyiti yaşadığı evin həyətində aşkar edilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.