Qərb haqlıdır, Putinin əsas hədəfi budur – Podolyak

Qərb haqlıdır, Putinin əsas hədəfi budur – Podolyak
DÜNYA
09:05 10.03.2022
366
Ukrayna Prezidenti Vladimir Zelenski artıq 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb.
 
AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Xarici tərəfdaşlarımız Vladimir Zelenskinin həyatına iki-üç dəfə sui-qəsd cəhdindən danışırlar. Hesab edirəm ki, ondan artıq belə cəhd olub”, - Podolyak bildirib.

Onun sözlərinə görə, Ukraynada çox güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir:

"Mütəxəssislər mümkün təhlükələri izləyir və sui-qəsd cəhdlərini aradan qaldırır. Təhlükəsizlik nöqteyi-nəzərindən bəzi şeylər haqqında danışa bilmərəm. Qərb kəşfiyyatı haqlıdır ki, Putin üçün əsas hədəf cənab Zelenskini öldürməkdir”.
OXŞAR XƏBƏRLƏR