Qərb müharibənin bitməsini istəmir: Yeni qarşıdurmaya hazırlıq görür

Qərb müharibənin bitməsini istəmir: Yeni qarşıdurmaya hazırlıq görür
SİYASƏT
17:52 20.02.2023
609
"Münhen Təhlükəsizlik Konfransının adını təhlükə yaratma konfransı qoysaydılar, daha yaxşı olardı. Bu, təkcə Rusiya ilə Ukrayna qarşıdurmasında özünü əks etdirmədi, həm də bizim bölgə ilə bağlı özünü əks etdirdi. Qafqazın gələcəyi ilə, enerji təhlükəsizliyi ilə bağlı panel nəzərdə tutulmuşdu, bu, əsas proqramda yer almış məsələdir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Tofiq Abbasov bölgədə gedən son proseslərə aydınlıq gətirərkən deyib.

Politoloq qeyd edib ki, Qərb müharibəyə "hə” deyir:

"Aydındır ki, Qafqazın Avrasiya məkanı üçün çox böyük önəmi var. İlk növbədə burada enerji daşıyıcılarının Avropa bazarlarına çatdırılması, yük daşmalarında ahəngdarlığın olması və s. var. Amma buna baxmayaraq, biz bu konfransda, bilavasitə, eskolasiyanı gücləndirmə çağırışlarına geniş yerin verilməsinin şahidi olduq. Fikir verdinizsə, Almaniya konsleri, Makron, ABŞ nümayəndələri, hamısı bir qayda olaraq Ukraynaya köməyin artırılması məsələsini gündəmə gətirdilər. Bu da o anlama gəlir ki, onlar müharibəyə "hə” deyirlər. Qarşıdurmanı davam etdirin, vurun, dağıdın. Bu yükün ağırlığı da daha çox Ukrayna xalqının üzərinə düşür, çünki resurs imkanlarına görə, hazırlıq bazalarına görə, Rusiya Ukraynanın xeyli üstələyib. Onların həm geosiyasi, həm fiziki çəkisi ayrıdır. Amma heç olmasa, bir ciddi liderin dilindən eşitmədik ki, çağırış etsin ki, gəlin müharibəni dayandırın. Biz vasitəçilik edək, danışıqlara başlayın. Ancaq Rusiyanı təkləmək, ona qarşı olan hücumları artırmaq və s. oldu. Mən burada Rusiyaya heç də bəraət qazandırmıram, çünki Rusiya özü günahkardır. Hücum edib, Ukrayna torpaqlarını işğal edir. Necə ki, biz Ermənistanı məhkum edirdik, Rusiya da o məhkuma layiqdir. Ancaq indi iş-işdən keçib. Biz görürük ki, Ukrayna şəhərləri durmadan dağıdılır. İnsanlar tələf olur. Rusiyanın özünün də itkiləri çox böyükdür. Deməli, Qərbə lazım olan odur ki, Rusiyanı çökdürsün, onun imkanlarına yiyələnsin, onu sıxışdırsın”.
 
 

Politoloq qeyd edib ki, Bayden də Ukraynanın apardığı bu müharibəni dəstəkləyir:

"Digər tərəfdən, biz həm də Qafqaz bölgəsi ilə bağlı görürük ki, bizim Prezidentimizin orada gözəl fikri var idi, dedi, bizim müharibəmiz var idi, olub, indi biz sülhü tezliklə bərqərar etmək istəyirik. Əgər Ermənistan bu məsələdə bizimlə razılığa gəlsə. Amma ikinci sualdan sonra biz gördük ki, moderator ermənipərəst mövqedən çıxış edərək, köhnə terminlərdən istifadə etməyə başladı. "Dağlıq Qarabağ”, "Laçın dəhlizi” və s. artıq burada hazırlıqlı yanaşmanı gördük. Belə çıxır ki, Qərb öz imkanları ilə istər Rusiya istiqamətində, istərsə də Qafqaz istiqamətində müharibəyə "hə” deyir, sülhə "yox”. Odur ki, Baydenin də Ukraynaya getməsi ondan xəbər verir ki, Ukrayna, biz sənin yanındayıq, köməklik göstərəcəyik, nə qədər bacarırsansa, Rusiyaya qarşı aqressiv ol. Düzdür, məntiqlə Ukrayna belə olmalıdır, çünki hücum edən tərəf Rusiyadır. Amma digər tərəfdən, birliyin özünün üzərində olan vəzifələr var ki, belə olan halda, heç olmasa, alternativ variant təklif etsinlər. Bəlkə sülh danışıqlarına başlayasınız, bəsdir, bir ildir müharibə gedir, itkilər həddən artıq böyükdür. Amma Ukraynada daha çoxdur, çünki onun infrastrukutur göz görə-görə məhv edilir. Ukrayna bu müharibəyə nə qədər gec stop desə, bir o qədər özü müflis olacaq”.
 
Aydın Nuri 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
Gədəbəydə meşə yanıb
19:49 15.03.2025
Gədəbəydə meşə yanıb