“Qərbi Azərbaycana Qayıdış” mövzusunda konfrans keçirilib - FOTOLAR

“Qərbi Azərbaycana Qayıdış” mövzusunda konfrans keçirilib - FOTOLAR
SOSİAL
13:24 12.06.2024
201
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qərbi Azərbaycana Qayıdış” mövzusunda konfrans keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Naxçıvan Muxtar Respublikasının 100 illiyi və Qərbi Azərbaycanın tarixi abidələrindən, silahlarından ibarət kollecin otağında, foyesində yaradılan sərgilərlə tanış olublar. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Kollecin direktoru Asəf Ruşanov konfransın əhəmiyyətindən bəhs edib, xalqımıza qarşı həyata keçirilən deportasiya siyasətindən söhbət açıb.

Konfransda "Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov və birliyin idarə heyətinin üzvü, layihə üzrə ekspert Günay Hacıyeva  bildiriblər ki, tarixi-mədəni irsimiz olan Qərbi Azərbaycan torpaqları əzəli və əbədi dədə-baba yurdudur. Ermənilərin Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər soydaşlarımızı bu yerlərdən didərgin salıb. Xüsusilə 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş Qarabağda məskunlaşma proseslərinin başlanmasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri Qərbi Azərbaycan torpaqlarına da qayıdışı təmin etməkdir.
 
Vurğulanıb ki, ölkə Prezidentinin rəhbərliyi ilə qalib, qüdrətli Azərbaycan dövləti soydaşlarımızın həmin torpaqlara qayıdışını daim gündəmdə saxlayır. Məhz bu çərçivədə Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Konsepsiya indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir. Dövlət başçısının da dediyi kimi, biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik. Ölkə Prezidentinin rəhbərliyi ilə ötən dövrdə Qərbi Azərbaycanın tarixi-mədəni abidələrinin, adət-ənənələrinin dünya ictimaiyyətinə tanıdılması, soydaşlarımızın dinc şəkildə öz yurdlarına qaytarılması istiqamətində işlər həyata keçirilib. Ötən il Naxçıvanda keçirilən "Qərbi Azərbaycana qayıdış” festival-konqresi də bu baxımdan siyasi-ictimai əhəmiyyəti ilə seçilib. 

Naxçıvan Dövlət Universitetinin Mühasibat və maliyyə kafedrasının müəllimi Mehparə Məmmədova Zəngəzur dəhlizinin iqtisadi, konseptual və beynəlxalq əhəmiyyətindən, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin tarix müəllimi Gülnar Niftəliyeva Qərbi Azərbaycan torpaqlarının tarixindən, mədəniyyətindən söhbət açıblar. Naxçıvan Dövlət Universitetinin dosenti, "Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin üzvü Surə Seyid xalqımıza məxsus Qərbi Azərbaycan torpaqlarının tarixi-mədəni abidələri ilə bağlı slaydlarla məlumatlar verib, bu barədə ölkə Prezidentinin sitatlarını səsləndirib. 
 
Sonra konfrans iştirakçıları Naxçıvan Dövlət Texniki Kollecinin "Qərbi Azərbaycana Qayıdış” mövzusunda hazırladığı sənədli filmi izləyiblər.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et