"Qərbin məqsədi Rusiyanı üzərimizə yönəltməkdir" - Elşən Musayev

"Qərbin məqsədi Rusiyanı üzərimizə yönəltməkdir" -  Elşən Musayev
SİYASƏT
14:57 21.11.2014
1337
Noyabrın 18-də Böyük Britaniya Parlamentində Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə (TEAS) "Böyük Britaniyanın enerji təchizatının gələcəyi və təhlükəsizliyinin təmin edilməsi" mövzusunda debat təşkil edilib.Debat mühüm iqtisadi proseslərin cərəyan etdiyi bir məqamda baş tutub. Belə ki, ötən il Azərbaycan hökuməti və BP şirkəti tərəfindən idarə olunan "Şah Dəniz" Konsorsiumu arasında 45 milyard ABŞ dolları həcmində Yekun Sərmayə Qərarı (YSQ) imzalanıb. Bu yaxınlarda Bakıda "Cənub" Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Trans-Adriatik Boru Xətti (TAP) və Trans-Anadolu Təbii Qaz Boru Xəttindən (TANAP) ibarət olan bu layihələr nəticəsində Xəzər dənizi və Orta Asiyadan hər il 30 milyard kubmetr həcmində qaz Rusiyadan yan keçərək İtaliyada yerləşən birləşdiriciyə yönəldilərək Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu layihə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo tərəfindən "21-ci əsr üçün həqiqi geostrateji əhəmiyyəti olan bir strateji enerji yolu" kimi dəyərləndirilmişdi.Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu "Bizim Yol"a şərh edən siyasi ekspert Elşən Musayev bildirib ki, Bakı özünü beynəlxalq siyasətdə strateji və güvənli müttəfiq kimi sübut edib: "Dəqiq olan budur ki, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan həqiqətən də enerji təhlükəsizliyi fonunda vazkeçilməz və imtina olunmaz müttəfiqdir. Üstəgəl, onun tranzit və strateji baxımdan əhəmiyyətliliyini nəzərə alarsaq. Ayrıca, xüsusi olaraq vurğulanmalıdır ki, Qərbin, Avropanın, eyni zamanda bölgədəki qonşu dövlətlərin Azərbaycana marağı həm də stabil siyasi mühitlə bağlıdır. Həmin mühitin, həmin stabilliyin əsası isə Ulu Öndər Heydər Əliyevin dövründən üzü bəri yürüdülən məqsədyönlü, məntiqli siyasətin nəticəsində qoyulub, bərqərar olub. Və ya bir zamanlar "Əsrin müqaviləsi" yəqin ki, çoxları üçün xəyal kimi görünürdü. Deyilmi? Amma tez bir zamanda reallaşdı. Ya da yəqin xatırlarsız,"Bakı-Ceyhan", "TANAP"-la bağlı nə qədər bədbin proqnoz irəli sürənlər tapılırdı. Nəticə? Nəticə olaraq həmin proqnozların hamısı necə deyərlər faş oldu. Dövlət olaraq düzgün istiqamət götürdüyümüz təsdiqləndi. Belə olan halda isə mərhələ-mərhələ Qərbin və Avropanın da diqqətini cəlb etməmiz labüd idi. Görülən işlərin, uğurların nəticəsi olaraq".Elşən Musayevin sözlərinə görə, qərb diplomatlarının, siyasətçilərinin səmimiliyinə inanmaq olmaz. Çünki bu böyük şəbəkə uzun illər onlara inanmaqdan daha çox inanmamağımız üçün zəmin yaradıb: “Elə ancaq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərb dövlətlərinin, Qərb təmayüllü təşkilatların mövzudan sapması, ədalətli mühakimə tərəfdarı olmamaları, ən əsas da tərəfsiz qalmaları bizi başqa mövzularda da düşünməyə vadar edir. Və ya bu gün dünya çox böyük bir oyun oynayır. Həmin dünyanın faktiki bölüşdürülməsi prosesi gedir. Eyni zamanda hamı 3-cü dünya müharibəsinin başlama ehtimalından danışır, bu qorxunu bölüşür. Amma kimsə fərqində deyil ki, o müharibə artıq başlayıb. Həm də çoxdan. Sadəcə indiki durum 1918-20, ya da 1939-45 müqayisəsində daha dolğundur, daha dinamikdir, daha rabitəli və daha diplomatikdir. Üstəgəl, daha ardıcıldır. Baxın dünyaya. Dağılır dünya. Az qala bütün bölgələrdə münaqişə ocaqları var. Nə deməkdir bu? O deməkdir ki, böyük dövlətlər kiçik və orta kiçik dövlətlərə qarşı səlib yürüşünə başlayıb. Siyasətçilər isə sadəcə həmin yürüşə daha sanballı obraz, don geyindirmək üçün istifadə olunan surətlərdir. Hətta qeyd etdikləri nüanslar düzgündürsə belə, bunu düzgün kimi qavradıqlarından dolayı deyil, təlimat aldıqları üçün danışırlar".E.Musayev hesab edir ki, qərblilərin məqsədi Rusiyanın aqressiyasını üzərimizə yönəltməkdir: "Amma hara qədər? Necə? Bu cür kustar, bəsit üsullarlamı? Demək ki, Qərbin diplomatları kimi siyasətçiləri də Azərbaycanın eyni adlı oyunlara gəlməyəcəyini ya dərk eləmirlər, ya da etməzdən keçirlər. Və bilirsiniz, burada fərqinə varılması gərəkən çox ciddi nüanslar var. Əvvəla sərhəd, qonşu anlayışı təxminən valideyn anlayışı kimi bir şeydir. Yəni imtinaolunmazlar sırasındadır. İkincisi, Azərbaycan dövləti, hakimiyyəti bütün, ələlxüsus da kritik məqamlarda heç şübhəsiz ki, bir sualı özünə mütləq verir: Rusiya kimi böyük dövlətlə düşmənçilik münasibətləri bizə hansı perspektivi vəd edə bilər? Ya da bu düşmənçilik kiminsə xoşuna gəlmək üçün niyə edilməlidir?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb