"Qərbin Ukraynaya yanaşmasında haqsızlıq və ədalətsizlik hökm sürür"

"Qərbin Ukraynaya yanaşmasında haqsızlıq və ədalətsizlik hökm sürür"
MANŞET
16:13 10.03.2022
483
"Qərbin həyata keçirdiyi bu tip ikili siyasətlərin və dağıdıcı hücum siyasətlərinin xalqlara və dövlətlərə necə fəlakətlər gətirdiyinin şahidi olduq”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
 
O, qeyd edib ki, ağıllı və rasional idarəçilik qabiliyyətlərinə malik olan siyasətlərin formalaşmadığı istənilən ölkə hakimiyyətləri Qərb imperializminin bu aldadıcı toruna düşə bilir:

"Qərb imperializminin ən klassik üsullarından biri başqa ölkələrin daxilində problemllər yaradaraq, daha sonra həyata keçirdiyi rəngli inqilab ssenarilərindən iqtisadi və siyasi dividentlər əldə etməkdir. Təəssüflər olsun ki, Qərb imperializminin bu amansız istismar siyasətinə qarşı bu günə qədər hansısa sərt şəkildə addımlar atılmayıb.
 
Bunun nəticəsində əvvəl Gürcüstanda, daha sonra Ukraynada "Maydan” ssenariləri işlək vəziyyətə gətirildi. Avropadan daha əvvəl isə Suriyada, Əfqanıstanda biz Qərbin həyata keçirdiyi bu tip ikili siyasətlərin və dağıdıcı hücum siyasətlərinin xalqlara və dövlətlərə necə fəlakətlər gətirdiyinin şahidi olduq. Hazırda Qərb yenə Ukraynanın nə qədər dəstəklədiyini söyləsə də, təəssüf ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı məsələdə tam sərrast mövqe ortaya qoya bilmədi. Düşünürəm ki, ağıllı və rasional idarəçilik qabiliyyətlərinə malik olan siyasətlərin formalaşmadığı istənilən ölkə hakimiyyətləri Qərb imperializminin bu aldadıcı toruna düşə bilir. Bunun nəticəsində həmin ölkələr dağıntılardan, müharibələrdən və savaşlardan xilas ola bilmir”.
 
 
Politoloq həmçinin qeyd edib ki, Qərb siyasi inistitutlarının Ukraynaya yanaşmasında haqsızlıq və ədalətsizlik hökm sürür:

"Bu baxımdan Qərbin indi Ukraynda ortaya qoyduğu mövqe gözlənilən idi. Çünki bu, daha əvvəlki hadisələrin davamı idi. Bundan əvvəl fərqli coğrafiyalarda Qərb eyni strategiyanı tətbiq edirdi və həmin strategiyanın davamını da Ukraynada tətbiq etməyə başladı. Mən düşünmürəm ki, Aİ bu yaxınlarda hansısa bir formada Ukraynanı tamhüquqlu üzv etsin. Ümumilikdə, təkcə Aİ deyil, bütün Qərb siyasi inistitutlarının Ukraynaya yanaşmasında haqsızlıq və ədalətsizlik hökm sürür. Ukrayna siyasi rəhbərliyi də Qərbin etdiyi bu hərəkətlərin indi fərqinə varır, ona görə də artıq Ukrayna hakimiyyətindən də Qərb strukuturlarına qarşı ciddi tənqidlər səslənir”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR