Bacımın yoldaşını anası toyda dünyaya gətirib. Adını da Toyda qoyublar. İndi toyda öldü. Kənddə xeyir iş var imiş, gedib. Məclisin sonunda Toyda yıxılıb, həkim çatana kimi keçinib.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Telli Borçalı "Şou ATV" verililişində deyib. O, bacısının ərinin bu yaxınlarda toy məclisində dünyasını dəyişdiyini deyib:
"İki övladı qaldı. Bacıma bəd xəbəri qaynı verib. Həmin gün ATV-də çəkilişdə idim. Telefonum da sönmüşdü. Getdim evə açdım ki, nə qədər zəng gəlib. Zəng vuranda artıq bəd xəbəri dedilər".