Qətər: Hörmüz boğazı böhranı tezliklə həll olunmalıdır

Qətər: Hörmüz boğazı böhranı tezliklə həll olunmalıdır
DÜNYA
16:33 01.09.2026
197
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari Hörmüz boğazında yaranan böhranın tezliklə həll edilməsinin vacibliyini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ənsari Dohada keçirdiyi mətbuat konfransında bildirib ki, böhranın davam etməsi bölgədə gərginliyi daha da artırır.

"Bu böhran beynəlxalq xarakter daşıyır. Danışıqlara yenidən qayıdılmasını təmin etmək üçün digər vasitəçilərlə birlikdə çalışırıq”, - deyə o qeyd edib.

Qətərin Oman və Pakistanla bölgədə gərginliyin azaldılması istiqamətində müzakirələri davam etdirdiyini bildirən Ənsari, Hörmüz boğazındakı böhranın uzanmasının hər kəsə zərər vuracağını vurğulayıb.

O həmçinin Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Taninin Tehrana səfəri zamanı İran və digər regional ölkələrlə görüşlərində boğazın açılmasının və gərginliyin azaldılmasının əhəmiyyətini diqqətə çatdırdığını bildirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR