Qətər ordusuna məxsus helikopter qəzaya uğrayıb, altı nəfər ölüb

Qətər ordusuna məxsus helikopter qəzaya uğrayıb, altı nəfər ölüb
DÜNYA
12:50 22.03.2026
237
Qətərə məxsus hərbi helikopterin texniki nasazlıq səbəbindən ölkənin sularında qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.

AZXEBER.COM Al Jazeera-ya istinadən xəbər verir ki, bu barədə hökumət məlumat yayıb.

Helikopterdə ümumilikdə yeddi nəfər olub. Qətərin Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, itkin düşən sonuncu şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.

Ölkənin Müdafiə Nazirliyi daha əvvəl X platformasında yaydığı açıqlamada qeyd edib: "Qətərə məxsus helikopter planlı uçuş zamanı texniki nasazlıqla üzləşib və nəticədə dövlətin ərazi sularında qəzaya uğrayıb.”
OXŞAR XƏBƏRLƏR