Qətərdən Qəzzaya 50 milyonluq humanitar YARDIM

Qətərdən Qəzzaya 50 milyonluq humanitar YARDIM
DÜNYA
12:31 14.12.2023
164
Qətər İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağının sakinlərinə 50 milyon dollar humanitar yardım göstərəcəyini vəd edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada, yardım qərarının Qəzza zolağında didərgin düşmüş fələstinlilərin şəraitinin yaxşılaşdırılması üçün həll yolları çərçivəsində alındığı bildirilib.

Qətərdəki təhsil fondları vasitəsilə 100 fələstinli gəncə təhsil təqaüdü veriləcəyi bildirilib.

Qətər Xarici İşlər Nazirliyinin saytında dərc olunan son məlumata görə, Qətər Qəzzaya təxminən 1500 ton tibbi yardım, ərzaq ləvazimatları və səhra xəstəxanası verib.

Ayşən
OXŞAR XƏBƏRLƏR