Qətərin keçmiş əmiri vəfat etdi

Qətərin keçmiş əmiri vəfat etdi
DÜNYA
10:53 12.07.2026
529
Qətəri 18 il ərzində idarə etmiş keçmiş əmir Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.

Bu barədə Qətər Əmirinin ofisi "X” sosial şəbəkəsində məlumat yayıb.

Rəsmi bəyanatda Həməd bin Xəlifə Al Taninin səhər saatlarında dünyasını dəyişdiyi bildirilib. Ofis onun vəfatını ölkə üçün ağır itki adlandırıb.

Qeyd edək ki, Həməd bin Xəlifə Al Tani müasir Qətərin qurucusu hesab olunur. O, hakimiyyəti oğluna təhvil verdikdən sonra da ölkədə böyük nüfuz və hörmət sahibi olaraq qalırdı.
OXŞAR XƏBƏRLƏR