Qətərli tamaşaçıların əksəriyyəti birinci hissədən sonra stadionu tərk edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, açılış matçında Qətər Ekvadora 2:0 hesabı ilə məğlub olub, bu zaman qətərli azarkeşlər komandalarının pis oyununa dözə bilməyib və ilk hissənin sonunda tribunaları tərk ediblər.
Qarşılaşma başlayanda Qətər - Ekvador matçını 67 min 372 tamaşaçının izlədiyi açıqlanıb. Lakin Ekvador ilk hissədə Qətəri 2-0 hesabı ilə məğlub edib.
Məlumata görə, matç başa çatanda cəmi 15 min tamaşaçı stadionda qalıb.
Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Ayşən