Qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Çexiyada “xortladı”

Qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet Çexiyada “xortladı”
KRİMİNAL
16:55 05.03.2019
6076
2012-ci ilin yazında Moskvada qətlə yetirilmiş "vor zakon” Aslan Usoyanın (Ded Xasan) "katibi” İlqar Cəbrayılov gözlənilmədən "zühur edib”. Cinayətkar aləmdə Danabaş adı ilə tanınan Cəbrayılovun adına ölümündən sonra Çexiyada firma qeydiyyatdan keçirilib.

AZXEBER.COM Virtualaz.org istinadən xəbər verir ki, Rusiyada mərhumun adına bir neçə şirkət mövcuddur.

2015-ci ildə - Ded Xasanın "katib”inin qətlindən 3 il sonra Çexiyada "Mega Color” firması qeydiyyatdan keçirilib ki, bunun həmtəsisçisi İlqar Cəbrayılovdur. Kommersiya reyestrindən çıxarışda doğum tarixi və Moskvadakı ünvanı mərhumun bu məlumatları ilə üst-üstə düşür.

Qeydiyyat sənədlərinə əsasən, "Mega Color” alkoqol satışı ilə məşğuldur. Oxşar adlı və funksiyalı "Meqa-Kolor S.P.” şirkəti Rusiyada hələ Cəbrayılovun sağlığında qeydiyyatdan keçirilib və həmin şirkətin də spirt satışı üçün lisenziyası var. Moskvada iki mağaza – Butırskaya küçəsindəki və "Peçatniki” metro stansiyasının yaxınlığındakı qastronomlar bu şirkətə məxsusdur.

Bu da qəribədir ki, Rusiyadakı firmalarda mərhum Danabaş təsisçi və baş direktor olmaqda davam edir. Bundan əlavə, o özü mühasibat sənədlərini təhvil verir. Belə ki, 2017-ci ildə "Meqa Kolor” 76 milyon rubl qazanıb. Eyni zamanda, qətlə yetirilmiş şəxs borclarını ödəmir – məhkəmə icraçılarının bazasında məhrumun adına bir neçə icra sənədi mövcuddur.

Mənbə şübhələnir ki, ya kimsə indiyə kimi Cəbrayılovun sənədlərindən istifadə edir və onun imzasını saxtalaşdırır, ya da 7 il əvvəlki qətl bacarıqla oynanılmış tamaşa imiş.

2000-ci illərin əvvəllərindən Cəbrayılov Aslan Usoyanın "katibliyi”nin rəisi olub: Dedin cinayətkar aləmlə, məmurlarla və hüquq-mühafizə orqanları ilə əlaqələrinə cavabdeh olub. Danabaşla əvvəlcədən razılaşdırılmadan heç kim Ded Xasanın qəbuluna düşə və hansısa məsələni "yoluna qoya” bilməzdi. Bundan başqa, "katib” oğruların görüşlərində şefinin maraqlarını təmsil edib.

İlqar Cəbrayılov 2012-ci ilin aprelində güllələnib. Cinayətkarlar İlqarla 25 yaşlı Alyona Yevteyevanın oturduğu "Toyota Land Cruiser” avtomobilini başqa avtomobillə izləyiblər. Svetofora yaxınlaşarkən izləyənlərin maşınından qara kepkalı bir kişi çıxır, yavaşca hərəkət edən cipə yaxınlaşır və tapançadan atəş açır. Aldığı güllə yaralarından Cəbrayılov yerindəcə dünyasını dəyişir, onun rəfiqəsi isə yaralanır, lakin sağ qalır.

2015-ci ildə Rusiya paytaxtının Lüblino rayon məhkəməsi Cəbrayılovun qətlinin təşkilində şübhəli bilinənlərdən biri – Ülfət Tağıyev barəsində həbs qərarı verir. Tağıyev 2021-ci ildə azadlığa çıxmalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək
20:01 07.08.2025
ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək
İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb
19:49 07.08.2025
İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb
"Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq"
19:26 07.08.2025
"Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq"
Qanada üç günlük matəm elan edilib
19:16 07.08.2025
Qanada üç günlük matəm elan edilib
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
18:59 07.08.2025
Putin Zelenski ilə görüşün əleyhinə olmadığını bildirib
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
18:47 07.08.2025
İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
18:35 07.08.2025
İran XİN başçısı İƏT-in fövqəladə toplantısının keçirilməsini istəyib
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
18:20 07.08.2025
Xamənei yeni yaradılan quruma nümayəndələrini təyin edib
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
18:09 07.08.2025
Zelenski: Rusiyanın logistikası və neft emalı Ukraynanın cavab zərbələrinin hədəfidir
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
17:53 07.08.2025
Ukraynada Rusiyanın hücumuna məruz qalmış qaz kəməri fəaliyyətini davam etdirir
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
17:44 07.08.2025
Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
17:36 07.08.2025
"Bu görüşdən sonra ən çox qazanan Azərbaycan və onun müttəfiqləri olacaq" - Deputat
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
17:06 07.08.2025
AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
16:59 07.08.2025
Prezident İlham Əliyevin Vaşinqton Səfəri: Yeni Strateji Tərəfdaşlığın Əsasları
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
16:46 07.08.2025
Tramp Yaxın Şərq ölkələrini “İbrahim sazişləri”nə qoşulmağa çağırıb
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
16:31 07.08.2025
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir