Yaponiyada mehmanxanada qəribə hadisə baş verib.
AZXEBER.COM "Japan Today"ə istinadən xəbər verir ki, mehmanxanada çalışan 28 yaşlı Junki Sanuki 16-19 dekabr 2024-cü il tarixləri arasında 258 nömrə üçün müxtəlif e-poçt ünvanları və saxta adlardan istifadə edərək feyk rezervasiyalar edib.
Bundan əlavə, polis dələduzun mobil telefon və digər cihazlardan istifadə edərək 580-dən çox otaq üçün də saxta rezervasiyalar etdiyini müəyyən edib.
Bildirilib ki, 580-dən çox saxta rezervasiyanın ümumi dəyəri 17 milyon yeni (təxminən 114 min dollar) keçib.
Sanuki ittihamları rədd edib.
Mikayıl