Qeyri-adi sevgi etirafı şəhəri iflic etdi

MARAQLI
12:13 10.02.2014
3180
Küveyt paytaxtının sakini qarşıdan gələn Sevgililər Gününü və nişanlısının ad gününü qeyri-adi üsulla qeyd etmək qərarına gəlib. 
Şəhərdəki əsas piyada körpüsündə qızıl güllərdən ürək düzəldib. Onun altında isə romantik sözlər yazıb.
Romantik oğlanın fikrinə görə, həmin ürəyi yalnız sevdiyi qız görməli idi, ancaq bu, şəhər sakinlərinin də diqqətindən yayınmayıb. Oradan avtomobillə keçən şəxslər bir neçə anlıq həmin qızılgül ürəyə tamaşa ediblər. Bununla yanaşı, foto çəkməyi də unutmayıblar. Nəticədə şəhərin əsas magistralında sıxlıq yaranıb.
Hazırda həmin ürəyin fotosu sosial şəbəkələrin ərəb ölkələrindəki seqmentində paylaşım rekordu vurur.(milli.az)
OXŞAR XƏBƏRLƏR