Qeyri-formal təhsildə təlimçinin əl kitabı hazırlanıb

Qeyri-formal təhsildə təlimçinin əl kitabı hazırlanıb
SOSİAL
20:50 08.08.2025
614
Azərbaycanda qeyri-formal təhsilə dəstək vermək məqsədilə təhsil mühitinə və gənclərlə iş sektoruna mühüm töhfə olacaq yeni nəşr "Qeyri-formal təhsildə təlimçinin əl kitabı” oxuculara təqdim olunub.

Metodiki və praktiki vəsait qeyri-formal təhsil sahəsində çalışan təlimçilər üçün nəzərdə tutulmuş geniş metodik bələdçi, müxtəlif istiqamətlərdə təlim sessiyaları təşkilatçıları, təlimçi və fasilitatorlar, gənclərlə işləyən mütəxəssislər, sosial layihə rəhbərləri, təhsil təşkilatçıları və könüllü fəaliyyət koordinasiyaçıları, o cümlədən də təhsilin müxtəlif səviyyələrinqəümumi orta və ali təhsil müəllimləri üçün də qiymətli praktik qaynaqdır.

Vəsaitdə qeyri-formal təhsilin nəzəri əsaslarından başlayaraq, təlimçi səriştələri, öyrənmə üslubları, təlimin planlaşdırılması, fasilitasiya üsulları, qiymətləndirmə metodları, münaqişələrin idarə olunması və media savadlılığı kimi mövzular geniş şəkildə işıqlandırılır. Oxucular burada 250-dən çox müxtəlif interaktiv fəaliyyət nümunələri, oyunlar, hərəkətləndiricilər və təlim sessiyalarının və təlimin qurulmasında onlara lazım olacaq praktiki sənəd formaları da tapa bilərlər. Kitabın əsas üstünlüyü nəzəri biliklərlə yanaşı, dərhal tətbiq oluna biləcək praktik alətləri təqdim etməsidir.

Vəsait təlimlərin daha yaradıcı, iştirakçı yönümlü və nəticəyönümlü keçirilməsinə imkan yaradır. Eyni zamanda yerli təcrübələr və gənclərlə işdə istifadə oluna biləcək real nümunələr kitabın dəyərini artırır. Belə ki, təlimçilər, təhsil işçiləri və bu qəbildən olan peşə sahibləri kitabı gündəlik yol yoldaşı kimi öz çantalarında gəzdirə, lazımi məqamlarda rahat şəkildə istifadəm edə bilir.

Kitabın müəllifləri uzun illərdir təlimçilik, gənclərlə iş və təhsil sahəsində fəaliyyət göstərən Zamin Məmmədov, Ülvi Məmmədov və Elnur Arifzadədir. Onlar müxtəlif beynəlxalq proqram, forum, təlim kursları və yerli layihələrdə təlimçiliklə bağlı qazandıqları zəngin təcrübəni bu nəşrdə bir araya gətiriblər.

Nəşrdə həmçinin beynəlxalq təşkilatların, qeyri-formal təhsil məktəblərinin, sahə mütəxəssislərinin metodik materiallarının uyğunlaşdırılmış hissələri də yer alır. Vəsaitin təhsil sektorunda boşluğu dolduracağı gözlənilir.

Z.HÜSEYNOVA,
XQ
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var
23:38 07.03.2026
Goranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var
Azərbaycan səfirliyinin avtomobili Moskvada metronun girişinə çırpılıb - FOTO
23:20 07.03.2026
Azərbaycan səfirliyinin avtomobili Moskvada metronun girişinə çırpılıb - FOTO
Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
23:09 07.03.2026
Türkiyə XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında sülh üçün atılan addımları məmnuniyyətlə qarşılayırıq
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
22:58 07.03.2026
Xameneinin oğlu partlayışda xəsarət alıb - KİV
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb - VİDEO
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib