Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alındı

Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alındı
Siyasət
13:10 17.08.2023
373
Avqustun 17-si saat 11:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR