"Qeyri-sabit hava şəraiti ilə əlaqədar dərsə davamiyyətdə mənfi dinamika müşahidə edilmir"

"Qeyri-sabit hava şəraiti ilə əlaqədar dərsə davamiyyətdə mənfi dinamika müşahidə edilmir"
SOSİAL
13:23 15.04.2025
229
Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Qeyd edək ki, aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir.
OXŞAR XƏBƏRLƏR