Türkiyənin Yozqat bölgəsində 2 avtomobil və 1 traktorun iştirakı ilə baş verən qəzadan sonra yadrım etmək üçün hadisə yerinə gələn Mustafa Durmuş atası Sadık Durmuşun cansız bədəni ilə qarşılaşıb.
AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, hadisədən şok geçirən Mustafa Durmuş göz yaşlarına boğulub.
Hadisə nəticəsində Sadık Durmuş (55 yaş) dünyasını dəyişib, 5 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.