Qəzada həyatını itirən qazi imiş - FOTO

Qəzada həyatını itirən qazi imiş - FOTO
SOSİAL
20:08 21.05.2025
767
Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki , "Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan "MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.

R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.

Qeyd edək ki, qəza zamanı daha iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 


OXŞAR XƏBƏRLƏR