Toyuna 20 gün qalmış ölən Rozanın evindən reportaj Nişanlısı cənazəni daşıdı...

Toyuna 20 gün qalmış ölən Rozanın evindən reportaj Nişanlısı cənazəni daşıdı...
SOSİAL
15:03 10.03.2017
2327
Yeniçağ.az saytı dünən Sumqayıt yolunda baş verən dəhşətli qəzada vəfat edən 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızının evindən reportaj hazırlayıb.
 
AZXEBER.COM həmin materialı təqdim edir: "Artıq toy gününü də təyin etmişdilər: aprelin 26-da toyu olacaqdı. Əyninə gəlinlik paltarı geyinib, başına duvaq örtəcək, sevgilisinə qovuşacaqdı. Atası cehizini ər evinə yola salmış, Rozaya gəlin otağı bəzənmişdi. Amma əcəl aman vermədi. Dünən, mart ayının 9-da səhər dərsə gedən Roza Bakı-Sumqayıt yolunda şütüyən qırmızı Əzrayılın qurbanı oldu. 20 yaşında həyatı ilə vidalaşan Rozanın qəfil ölüm xəbəri əzizlərinin, doğmalarının belini bükdü. Roza Muradovanın cənazəsi Hövsan qəsəbəsindəki baba ocağından son mənzilə yola salınıb. Dəhşətli mənzərədir. İnsanın qanı donur. Rozanın anası onun ölümündə özünü qınayır. Büllurə xanım deyir ki, qızı həmin gün heç dərsə getmək istəmirmiş.
 
- Günahkar mənəm, bala. İki dəfə səslədim ki, qızım dur, gecikərsən. Dedi, nəsə getmək istəmirəm. Könülsüz qalxdı. Mənə dedi ki, ay ana, bayramın səhəridi, gəl de görüm, nə geyinim ki, qəşəng görünüm. Dedim ay qızım, sən onsuz da gözəlsən, nə geyinsən yaraşacaq. Düz 1saat sonra atasına zəng etdilər ki, qızınızın olduğu avtobus qəzaya uğrayıb, Roza yaralanıb. Yoldaşımla başılovlu çıxdıq. Sən demə, bədbəxt balam, iki oturacağın arasında sıxışıb qalıb, beyni partlayıb”. Əmisinin yoldaşı Aydanə gözyaşları içərisində Rozadan danışır: "O, mələk kimi qız idi, elə mələk kimi də uçub getdi. Deyib-gülən, zarafatcıl, həyat eşqi ilə yanan bir qız idi Roza… Xətrini o qədər çox istəyirdik ki, onu görəndə həmişə gülürdük. Həmişə xoşbəxt gələcək barəsində düşünürdü. Deyirdi, institutu qurtarıb işləyəcəm, gözəl ailəm, övladlarım olacaq. Yazıq bala, arzuları ürəyində qaldı. Atası dünəndən ruh kimidir. Deyir ki, məni də qızımla bərabər basdırın”. Doğmaları Rozadan ayrıla bilmir. Tükürpədən mənzərəni göz yaşı olmadan seyr etmək mümkün deyil. Cənazənin altına bəy otağı qara bəzənən Zakir girib. 17 yaşlı İsa isə bundan sonra dünyalar qədər sevdiyi bacısının – Cənnət quşu Rozanın şəkilləri ilə yaşayacaq. Ruhu şad olsun...”
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq