Qəzada ölənlərin 2-si 10-cu sinifdə oxuyurmuş...

Qəzada ölənlərin 2-si 10-cu sinifdə oxuyurmuş...
SOSİAL
13:26 10.01.2019
3301
Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş vermiş qəzada ölənlərin ikisinin kimliyi məlum olub.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.

Qasımov Coşqun Boks üzrə Respublika çempionudur.

Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti ağırdır.

***

Qəzada həlak olan 3-cü şəxsin də kimliyi müəyyən edilib. O, Xaçmaz sakini, 32 yaşlı Nahid Tarıverdiyevdir.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR